Rusiyada dəhşətli cinayət: bir ailənin 4 üzvü öldürüldü - Biri uşaqdır

Baxış: 32




Rusiyanın Nijeqorod vilayətinin Kudma qəsəbəsində bir mənzildə, aralarında biri uşaq olmaqla, dörd nəfərin cəsədi aşkar olunub. Onların qətlə yetirildiyi müəyyən edilib.
AzeriXalq.az APA-ya istinadən bildirir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarından bildirilib.
"Kudmada dörd nəfər qətlə yetirilib. Nənə, baba və ana öz körpəsi ilə", - deyə mənbə qeyd edib.
Ölənlərdən babanın 64, nənənin 63, ananın 41 və uşağın 5 yaşı var. Hadisə yerinin müayinəsi zamanı istintaqçılar zorakılıq əlamətləri aşkar ediblər.
Rusiya DİN-in Vladimir vilayəti üzrə idarəsindən TASS agentliyinə verilən məlumata görə, qanlı cinayətlə əlaqədar dörd nəfər şübhəli şəxs qismində saxlanılıb. Faktla əlaqədar yerli prokurorluq orqanları tərəfindən istintaq araşdırmaları aparılır.Hadisənin səbəbləri müəyyənləşdirilir.

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!