ÜST: Dünyada koronavirusa yoluxanların sayı 688 mindən çox artıb

Baxış: 47




Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 688 mindən çox artıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 688 015 nəfər yeni koronavirusa yoluxub, 14 718 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 92 506 811, ölənlərin isə 2 001 773 nəfərə çatıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!