Yas mərasimində 2 azərbaycanlını güllələndilər - Qisas - FOTO

Baxış: 48



Gürcüstanın Marneuli rayonunda iki nəfər azərbaycanlı güllələnib.
AzeriXalq.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə yas mərasiminin keçirildiyi ərazidə baş verib. Zərərçəkənlərin ayaqlarından güllələndiyi bildirilir.
Yaralanan şəxslər xəstəxanaya çatdırılıblar. Hadisə yerində araşdırma aparılır.
Güllələnən hər iki azərbaycanlının vəziyyəti qənaətbəxşdir.
Bu barədə APA-ya yerli sakinlər məlumat veriblər. Bildirilib ki, güllələnən şəxslər yerli xəstəxanaya yerləşdirilib və əməliyyat edilib. 
İnsidentin qisas zəminində baş verdiyi ehtimal olunur. Faktla əlaqədar qanunsuz odlu silah saxlanılması və sağlamlığa qəsdən zərər vurma maddəsi ilə cinayət işi başlanıb.

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!