Reklam
Xəbər lenti













































Ən çox oxunanlar

Rusiyada DƏHŞƏTLİ YANĞIN: Ölənlərdən altısı uşaqdır

Rusiyanın Leninqrad vilayətinin Vıborq şəhərində fərdi evdə baş vermiş yanğın zamanı iki nəfər böyük və altı uşaq ölüb.

AzeriXalq.az xəbər ki, bu barədə Vıborq rayonunun Vahid növbətçi-dispetçer xidmətindən məlumat verilib.

"İki böyük və bir aydan səkkiz yaşa qədər altı uşaq yanğın nəticəsində ölüb", - deyə məlumatda qeyd olunub.

Bildirilir ki, hadisə zamanı 1940-cı ildə tikilmiş birmərtəbəli taxta fərdi ev yanıb. Fövqəladə Hallar Nazirliyi yanğının 120 kv/m sahəni əhatə etdiyini qeyd edib. Əraziyə üç yanğınsöndürən texnika və 12 nəfər canlı heyət cəlb olunub və yanğın söndürülüb.

Yanğının səbəblərini müəyyən etmək üçün hadisə yerində araşdırma aparılır./APA





           Tarix: 29-04-2020 11:52   

Gündəm
































Video səhifəmiz
Fotosesiya