Sabah 40° isti olacaq - HAVA PROQNOZU

Baxış: 32



Bakıda və Abşeron yarımadasında sentyabrın 3-də hava yağmursuz keçəcək.
 
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 30-35% olacaq.
Azərbaycanın rayonlarında sabah əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40° isti, dağlarda gecə 12-17° isti, gündüz 24-29° isti olacaq.

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!