BŞİH paytaxt sakinlərinə müraciət etdi

Baxış: 38






Yaz mövsümü ilə əlaqədar sabah, may ayının 21-də Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən paytaxtda ümumşəhər daxili iməcliyinin keçirilməsi qərara alınıb.

BŞİH-dən bildirilib ki, daxili iməclik zamanı prospekt və küçələr, səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, koşklər və dayanacaqlar, ağaclar və yaşıllıq zolaqları yuyulacaq, ağaclar budanacaq, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri görüləcək.

BŞİH müəssisə, idarə və təşkilatların kollektivlərini, paytaxt sakinlərini bu iməclikdə fəal olmağa çağırıb.

Həmçinin sahibkarlar və özəl sektorda çalışanlara müraciət edərək onları özlərinə məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-sahman yaradılmasında iştirak etməyə dəvət edib.
AzeriXalq.az

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!