Faşizm üzərindəki qələbədə payı olan Azərbaycan övladı - Fotolar

Baxış: 196




Bu gün alman faşizmi üzərində tarixi qələbədən 75 il keçir. Bu qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur, çünki azərbaycanlıların bu qələbədə böyük payı var.

AzeriXalq.az xəbər verir ki, Faşizm üzərində qələbəyə qədər müharibədə iştirak edən azərbaycanılardan biri də Ramazan İmran oğlu Həsənəliyevdir.

Ramazan Həsənəliyev 1923-cü ildə Qubadlı rayonunun Müğanlı kəndində dünyaya gəlib. 1941-ci ilin iyun ayında - Böyük Vətən müharibəsi başlayanda, əvvəlcə böyük qardaşı İbrahimxəlil Həsənəliyev müharibəyə yollanıb. Bir neçə ay sonra qardaşı Ramazan Həsənəliyev də onun ardınca müharibəyə gedib.

İbrahimxəlil Həsənəliyev 1943-cü ildə qəhrəmancasına həlak olub. Ramazan Həsənəliyev müharibə başa çatana qədər, müharibənin qanlı-qadalı günlərinə baxmayaraq, vuruşub Berlinə qədər gedib. Faşizm üzərində qələbə qazanıldıqdan sonra doğma kəndinə qayıdıb.

R. Həsənəliyev müharibədən sonrakı dövrlərdə də cəmiyyət həyatında aktiv olub. O, öncə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olur. Universiteti bitirdikdən sonra yenə doğma kəndinə qayıdır və müəllim kimi fəaliyyətə başlayır. O, tədris prosesində xüsusi qabiliyyəti ilə seçilib, müxtəlif vəzifələrdə -məktəb direktorunun müavini, direktor olub. Ömrü böyu ictimai-siyasi baxımdan aktivlik edib, rayonun sayılıb-seçilən ziyalılarından olub. 1993-cü ilin mayın 1-də 70 yaşında dünyasını dəyişib.

R. Həsənəliyev dünyasını dəyişdiyi günə qədər Ulu Öndərin hakimiyyətə gəlməsini ən çox istəyənlərdən və səy göstərənlərdən biri olub. Bunun nəticəsidir ki, Ramazan Həsənəliyevin övladları, hətta nəvələri belə Ulu Öndərin varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətini bəyənir və dəstəkləyirlər.

R. Həsənəliyevin səkkiz övladı - üç oğlu, beş qızı olub. Bütün övladları Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təhsil alıblar. Onlar müxtəlif dövlət müəssisələrində çalışaraq, ataları kimi aktiv fəaliyyət göstəriblər.

Oğlu Nazim Həsənəliyev Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini, sonra Saratov ali partiya məktəbini bitirib. Uzun illər müxtəlif dövlət müəssisələrində, Dövlət Gömrük Komitəsində çalışıb. 2000-ci ildə dünyasını dəyişib.

Digər oğlu Babaxan Həsənəliyev 1988-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub, 1993-cü ildə həmin universiteti Əhməd Cavad təqaüdü ilə bitirib. Həmin dövrdən də prokurorluq orqanlarında çalışır.

Digər övladı Əfqan Həsənəliyev orta məktəbi bitirdikdən sonra Dövlət Təhlükəsizliyi Komitəsinin sərhəd qoşunlarında xidmət edib. Sonradan Djerzinski adına SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin ali məktəbinə daxil olub və həmin təhsil müəssisəni bitirdikdən sonra Azərbaycana qayıdıb. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra DTK-da müxtəlif vəzifələrdə çalışıb, bütün dövrlərdə dövlətə, dövlətçiliyə sadiq olub.

Faşizm üzərindəki qələbədə payı olan Azərbaycan övladıFaşizm üzərindəki qələbədə payı olan Azərbaycan övladıFaşizm üzərindəki qələbədə payı olan Azərbaycan övladıFaşizm üzərindəki qələbədə payı olan Azərbaycan övladı
Faşizm üzərindəki qələbədə payı olan Azərbaycan övladı
Faşizm üzərindəki qələbədə payı olan Azərbaycan övladı
Faşizm üzərindəki qələbədə payı olan Azərbaycan övladı

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!