Şuşa döyüşlərinin iştirakçısı olmuş zabit vəfat etdi - FOTO

Baxış: 26


Daxili İşlər Nazirliyi Daxili Qoşunların hərbi qulluqçusu, leytenant Rüfət Nəbizadə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində iştirak edib Şuşaya qədər döyüş yolu keçib.
Zabitimiz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamları ilə "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
O, müharibədə aldığı ağır kontuziya səbəbindən bir müddət Daxili İşlər Nazirliyinin Hospitalında müalicə alıb.
Çox təəssüf ki, R.Nəbizadə ötən gün dünyasını dəyişib.

AzeriXalq.az

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!