Reklam
Xəbər lenti













































Ən çox oxunanlar

Evdə müalicə olunan koronavirus xəstələri bu qaydaları pozarsa...




Koronavirus xəstələrinin evdə müalicəsinə dair sənəd hazırlanıb.
AzeriXalq.az Trend-ə istinadən bildirir ki, "Evdə müşahidə edilməyə dair iltizam" sənədə əsasən, karantin rejimini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar
Koronavirus xəstələrinin evdə müalicəsinə dair qaydalar:
1) Müşahidə müddətində evi tərk etmək və ziyarətçi qəbul etmək qəti qadağandır. Bu prosesə xüsusi mobil tətbiq vasitəsilə nəzarət edilir.
2) Mobil tətbiq mütləq qaydada yüklənilməlidir.
3) Mobil tətbiqin aktiv olması, təyin olunan vaxt müddətində elektron məruzələrin göndərilməsi və s. bundan irəli gələn məsələlərin icrası mütləqdir.
4) Müşahidəsi evdə aparılan xəstələr sağalana qədər onların sağlamlıq vəziyyəti ailə/sahə həkimi tərəfindən nəzarətdə saxlanılır.
5) Tibb işçisinin müraciəti zamanı dürüst məlumatları verməklə, həkim məsləhətlərinə ciddi riayət edilməlidir.
6) Tibbi məsləhətə ehtiyac yarandığı təqdirdə ailə/sahə həkiminə müraciət edilməlidir.
7) Təqdim edilən təlimata uyğun şəxsi gigiyena qaydalarına ciddi riayət edilməlidir və olduğu yerdən asılı olmayaraq tibbi maska istifadəsi mütləqdir.
8) Təqdim edilən təlimatın digər müddəalarına riayət edilməlidir. 




           Tarix: 27-06-2020 13:29   

Gündəm
































Video səhifəmiz
Fotosesiya