Reklam
Xəbər lenti













































Ən çox oxunanlar

Azyaşlıların kiçik dünyalarından böyük dünyaya İSMARIŞ - VİDEO

Azyaşlıların kiçik dünyalarından böyük dünyaya İSMARIŞ – VİDEO

Bildiyimiz kimi karonavirus epidemiyası hər birimizə istər psixoloji, istər maddi, istərsə də mənəvi cəhətdən təsirsiz ötüşmür.

Lakin bu karantin müddətinin təsiri biz böyüklərlə yanaşı, azyaşlılardan da yan keçmir.

Belə ki, hər gün ailəsinin yanından bağçaya həvəslə gedən azyaşlılar indi həm müəllimlərindən, həm də yoldaşlarından ayrı qalırlar.

Bundan çıxış yolu tapanlardan biri də, Buzovna qəsəbəsində yerləşən 340 nömrəli bağçanın müəllimi Şəlalə Qasımovadır.

Saytımıza danışan müəllimə bildirib ki, uşaqların körpə qəlbini bu boşluqdan qurtara, bu dövrdən onları minimum zərərlə çıxara biləcək tək yol virtual da olsa hər gün onların birinin evinin qonağı olmaqdır.

Azyaşlılarla birgə çəkdikləri videolardan biri haqqında danışan müəllimə bunun azyaşlılar üçün gözəl təcrübə olduğunu vurğulayıb:

“Bu karantin müddətində “naşükürlük ve şükür etmək” haqqında çəkdiyimiz sosial çarxın əsas məqsədi dövrümüzün problemi olan uşaqların yersiz istəklərini, “yox” sözünü eşitmək, qəbul etmək istəməməklərinin pis yönünü az da olsa göstərə bilmək idi. Daha fərqli mövzularda da çəkilişlərimiz var. Onlar məşhur obrazları da canlandırıblar”.

Müəllimə sonda qeyd edib ki, bağçanın direktoru Gülnar Qəmbərova, metodist Xanım müəllimə və bütün azyaşlılarla işləyən həmkarlarının karantin müddəti başlayandan öz doğma bağçalarına, əvvəlki həyatlarına geri qayıdacaqları günə qədər virtual da olsa körpələrin yanındadırlar. Və onlar səbirsizliklə virtual dünyaya gərək qalmayacaq günü gözləyirlər…

AzeriXalq.az





           Tarix: 14-05-2020 13:44   

Gündəm
































Video səhifəmiz

img

Fotosesiya