Reklam
Xəbər lenti













































Ən çox oxunanlar

BİR ANA BOYLANDI LAÇINA SARI

  
-Dağlarda qıy vuran qartal görmüsən?
-Görmüşəm.
-Harda?
-Laçında.
-Neçə ildir görmürsən Laçını?
-27 ildir.
-Birdən kimsə- ay ANA gəl səni Laçına aparım-desə neyləyərsən?
-Durub başına dolannam...
...Araya ölu bir sükut çökdü.Kimsə cürət edib səsini çıxara bilmədi...
ANA gözlərini tavana zillədi, ətrafdakı sükütün uzanmasından sıxıldı, əlini uzadıb başının altında "daşa" dönmüş yastığın küncündən yapışdi, yavaşca qaldırıb əl boyda dəsmalı çıxarıb torlanmış gözlərindəki nəmi sildi, sonra dəsmalı səliqə ilə qatlayib ovcunun içində bərk-bərk sıxdı...
... Gözlərini geniş açıb, bayaqdan bəri çarpayısının yanından ayrılmayan övladlarına baxıb gozlərini yumdu...
...Ana-Ana-deyib, hövləng yerindən qalxan övladlarının təlaşını duyan ANA gözlərini açmadan əlinin işarəsi ilə "sakit olun"-dedi və xəyalən uzaqlara, lap uzaqlara getdi...
...Bəhram kişinin ailəsində dünyaya göz açdı Dilarə ANA...
Onda da çətin zamanlar idi. Uşaqliğı muharibə illərinə düşdü. Bütün lacınlılar kimi Bülövlü kəndinin camaatı da çətinlik içində yaşayirdı...
Beləcə ötən illər Dilarə ANAnın həyatında dərin izlər buraxdı və vədə yetişəndə qismətinə çıxan öz həmkəndlisi Qənahət adlı bir gəşəng oğlanla ailə həyatı qurdu.
 
Bu izdvacdan övladları dünyaya gəldi, hamısı da ağıllı, kamallı, üzüyola...
...Taleyin gərdişinə boyun əymək məcburiyyətində qalan ailəsi 1972-ci ildə Qarabağa köçdu, Xocalı şəhərində məsgunlaşdı...
ANA bayaqdan bəri sunəsinə sıxıb saxladığı dəsmalla alnında gilələnən təri sildi. 
Yastığının yanını kəsən qızlardan biri kömək etmək istədi. ANA əli ilə "dayan"-deyib, yenidən xəyala daldı...
...Xocalıda kecən günlər kino lenti kimi gəlib keçdi xəyalından və birdən bu "lent" qırıldı... qışqırıq, ah-nalə səsləri erməni tanklarının səsinə qarışdı...şaxta bıçaq kimi doğrayırdı...ayaqyalin, başıaçıq qocaiar, qadınlar, körpə uşaqlar tir-tir əsirlər...
...ANA üşüdü, yorğanı başina çəkmək istədi, gücü çatmadı. Kömək etmək istədilər, qoymadı...
Yatağa düşənə qədər heç kimin köməyinə möhtac olmamışdı, hər işi təkbaşına görmüşdü...
Gözlərini açıb ətrafa baxdı, övladlarını süzüb, yüngülcə gülümsədi, məni qaldırın-dedi.
Yerini rahatlayandan sonra üzünü onu üzük qaşı kimi dövrəyə alanlara tutdu:
- Hə, indi məni Laçına, Xocalıya kim aparacaq?
... Bu qəfil sualdan hətta diksinənlər belə oldu. Hamı bir-birinə baxdı. Heç kimdən səs çıxmadı...
ANA özü sükutu pozdu, dərindən köks otürüb, asta, həzin səslə bir bayatı dedi:
Əzizim yurda sarı,
Yol gedir yurda sarı,
Laçına boylanırdım,
Göründü yurd hasarı.
...ANA asta-asta başını qaldırıb ona zillənən gözlərə baxdı... Yanaqlardan axan yaşlar ANAnı da kövrəltdi. Əlinin işarəsi ilə "yaxın gəlin"-dedi.
 Övladlarının hamısi ANAya yaxınlaşdı...
ANA zəif, amma amiranə bir səslə
dedi:
-Mən Qarabağı, Lacını, Xocalını görə bilmədim. Bu dərdi, həsrəti özümlə aparıram... yenə ah çəkdi... Laçına gedən olsa, tapşırın ordan bir ovuc torpaq gətirsin... sözünə ara verdı... qəbrimin üstə səpərsiz, bəlkə ruhum rahatlıq tapdi...
...ANA bir xeyli dinmədi, sonra- məni uzadın, yönümu də qibləyə çevirin-dedi.
Qibləyə çevirdilər...
-Qənaəti çağırın gəlsin-dedi...
Hamı bir-dirinə baxdı...
...Və beləcə... Dilarə adlı bir ANA da yüzlərlə Laçın həsrətlisi kimi haqq dünyasına qovuşdu...

Rauf Quliyev





           Tarix: 14-05-2020 13:26   

Gündəm
































Video səhifəmiz

img

Fotosesiya