Reklam
Xəbər lenti













































Ən çox oxunanlar

Vərəm əleyhinə peyvəndin koronavirusa qarşı ölümcül təsiri öyrənilib

ABŞ epidemioloqları vərəm əleyhinə peyvəndlə (KJB) koronavirusa yoluxmamaq arasında əlaqə tapıblar.

AzeriXalq.az oxu.az-a istinadən xəbər verir ki, Tədqiqatın nəticələri "medRxiv" portalında dərc olunub.

Bildirilir ki, KJB peyvəndi həyata keçirilməyən ölkələrdə COVID-19-a daha çox insan yoluxub.

Tədqiqatçılar peyvəndin kütləvi şəkildə istifadə edilmədiyi, yaxud son zamanlarda istifadəsinə başlanıldığı ABŞ, İran, İtaliya, Belçika, Hollandiya və digər ölkələrdə məlumatları təhlil ediblər. Sözügedən ölkələrdə koronavirusun yayılması dünya səviyyəsində qeydə alınanlardan dörd dəfə yüksək olub, ölüm nisbəti isə digər ölkələr üzrə məlumatları üstələyib.

Tədqiqat müəllifləri bildiriblər ki, əhalinin vərəm əleyhinə peyvənd edildiyi ölkələrdə koronavirus infeksiyasından ölüm nisbəti azdır. Mütəxəssislər Braziliyadakı vəziyyəti buna misal çəkiblər. 

Alimlər vərəmə qarşı peyvəndin koronavirusla mübarizədə əsas vasitələrdən biri ola biləcəyi qənaətinə gəliblər.





           Tarix: 31-03-2020 15:17   

Gündəm
































Video səhifəmiz

img

Fotosesiya