Reklam
Xəbər lenti







































09:57
14-08-2018
Lerik SİLKƏLƏNDİ






Ən çox oxunanlar

"Azərbaycan-Türkiyə qardaşlığının güclənərək davam edəcəyinə inanıram"

"Azərbaycan-Türkiyə qardaşlığının güclənərək davam edəcəyinə inanıram".

AzeriXalq.az xəbər verir ki, bunu prezident seçiləndən sonra ilk xarici rəsmi səfərini iyulun 10-da Azərbaycana edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AZƏRTAC-a və Azərbaycan Televiziyasına müsahibəsində deyib.

R.T.Ərdoğan qeyd edib: "Bildiyiniz kimi, biz bu qardaşlığımızı "bir millət, iki dövlət" anlayışı ilə bu günə qədər gətirdik. Dünən andiçmə mərasimimizi keçirdik, yeni hökumətimizin tərkibini açıqladıq. Ardınca isə Azərbaycanda prezident seçkilərindən dərhal sonra qardaşım İlham Əliyev bizi necə ziyarət etdisə, biz də ilk səfərimizi Azərbaycana edirik. Bu qardaşlıq mesajımızı azərbaycanlı qardaşlarımıza ən güclü şəkildə çatdırmaq istəyirik.

Bu gün İlham Əliyevlə təkbətək görüş keçirəcəyik. Sonra nümayəndə heyətləri arasında görüş olacaq. Ardınca isə mətbuata açıqlama ilə qarşımızdakı hədəflərimizi ifadə edəcəyik. Bu qardaşlığımızın güclənərək davam edəcəyinə inanıram. Bunu TANAP-da gördük, bunu TAP-da gördük, bunu xüsusilə Əliağa neftayırma zavodunda atılan addımlarda gördük. Bundan sonra bunlar daha güclü şəkildə davam edəcək. Mən şəxsən öz adımdan, millətim adından bütün azərbaycanlı qardaşlarıma salam, sevgi və ehtiramımı çatdırıram".




           Tarix: 10-07-2018 15:19   

Gündəm
































Video səhifəmiz

Fotosesiya