Reklam
Xəbər lenti

















10:14
18-07-2018
Manatın məzənnəsi




























Ən çox oxunanlar

"Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsi qəbul edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Əlilliyi olan şəxslərin hüquqları haqqında" yeni qanun layihəsi üçüncü oxunuşda müzakirə edilib.

AzeriXalq.az Trend-ə istinadən xəbər verir ki, qanun layihəsi haqqında məlumat verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, sənəd 8 fəsil, 40 maddədən ibarətdir.

Deputat qeyd edib ki, sənəddə əsas anlayışlar, əlilliyin müəyyən edilməsi, əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları, onların reabilitasiyası və abilitasiyası, məşğulluğunun təmin edilməsi, təhsili, peşə hazırlığı, əmək şəraiti, mənzil təminatı və digər məsələlər əksini tapıb.

Onun sözlərinə görə, qanun layihəsinin birinci və ikinci oxunuşda müzakirəsi zaman səsləndirilən təkliflər nəzərə alınıb.

Qanun layihəsi müzakirə edilərək üçüncü oxunuşda qəbul edilib.




           Tarix: 31-05-2018 14:53   

Gündəm
































Video səhifəmiz

Fotosesiya