Reklam
Xəbər lenti













































Ən çox oxunanlar

18 yaşlı gənc yoxa çıxıb

Qaradağ rayonu Qobustan qəsəbəsi sakini Novruzov Samir Kamil oğlu 6 gündür yoxa çıxıb. 

AzeriXalq.az xəbər verir ki, bu barədə qafqazinfo-ya S.Novruzovun anası Reyhan Novruzova məlumat verib. O qeyd edib ki, aprelin 11-i, səhər saat 10-un yarısında oğlu evdən çıxıb: "Həmin gün ərzində oğlumun telefonuna zəng çatsa da, sonradan telefonu söndürülüb. Restoranda ofisiant işləyirdi, amma işdən çıxmışdı. 

O, 2000-ci il təvəllüdlüdür. Dünən Qobustan qəsəbəsi 11-ci polis bölməsinə ərizə ilə müraciət etmişik. Hələ ki xəbər yoxdur. Onun yolunu gözləyirik. Atası da xəstədir. "Tez-tez Samir hardadadır" soruşur və halı pisləşir". 

Qeyd edək ki, S.Novruzovu görənlərdən 050 388 55 86 nömrəsinə zəng etmələri xahiş olunur.




           Tarix: 17-04-2018 10:37   

Gündəm
































Video səhifəmiz

Fotosesiya