Reklam
Xəbər lenti













































Ən çox oxunanlar

Hər bir məmur bu mesajdan nəticə çıxarmalıdır - Politoloq

"Baş Nazir vəzifəsinə yeni təyinatın olması məmurlara yeni bir mesajdır".

AzeriXalq.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında politoloq Arzu Nağıyev deyib. A.Nağıyevin fikrincə, hər bir məmur bu mesajdan nəticə çıxararaq ölkədəki islahatlara yardım edə biləcək qədər, adekvat şəkildə işləməlidir.

Baş Nazir vəzifəsinə Əli Əsədovun təyin edilməsini çox uğurlu bir kadr seçimi sayan politoloq hesab edir ki, əslində, hökumət başçısının dəyişməsində hər hansı təsadüf də axtarmaq düzgün olmaz: "Çünki Azərbaycan Prezidenti İlham Əliyev sosial-iqtisadi sahələrdə islahatların aparılmasına daha çox üstünlük verir. Novruz Məmmədov isə əsasən, humanitar sahələrin peşəkarı kimi yadda qalıb. Məhz buna görə də Baş Nazirin dəyişdirilməsi məsələsi gündəmə gəldi. Lakin bu, heç də o demək deyil ki, Novruz Məmmədov Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı loyal olmayıb. Novruz Məmmədov 16 il Prezidentin komandasında çalışıb. O, müsbət keyfiyyətləri olan bir şəxsdir və harada çalışmasından asılı olmayaraq, Azərbaycanın apardığı dövlətçilik siyasətini yerinə yetirib, adekvat addımları ilə yadda qalıb. Amma artıq elə bir dövr gəlib çatıb ki, iqtisadi sahədə islahatların aparılması üçün Baş Nazir vəzifəsində daha perspektivli, bu sahəni bilən peşəkar şəxsin olması vacibdir. Bu baxımdan, yeni təyinatı çox müsbət dəyərləndirmək lazımdır".

A.Nağıyev hesab edir ki, dövlət idarəçiliyində islahatlar bundan sonra da davam etdiriləcək və etdirilməlidir.




           Tarix: 08-10-2019 17:41   

Gündəm
































Video səhifəmiz

Bakıda avtobuslar Éks yola çıxaraq sÉrniÅinlÉri tÉhlükÉyÉ atıb

Fotosesiya