Reklam
Xəbər lenti













































Ən çox oxunanlar

Politoloq: "Prezident İlham Əliyevin Valday klubunun növbəti yığıncağına dəvət alması mühüm əhəmiyyət kəsb edir"

Azərbaycan Prezidenti İlham Əliyevin Valday klubunun növbəti yığıncağına dəvət alması çox mühüm əhəmiyyət kəsb edən məsələdir.

AzeriXalq.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında politoloq Arzu Nağıyev deyib. Onun sözlərinə görə, Valday klubu dövlət başçıları və mühüm şəxslərlə təmsil olunan bir klubdur. Eyni zamanda, bu klub dünyada baş verən iqtisadi, siyasi, hərbi məslələrlə bağlı diskussiya məkanıdır: "Burada bir sıra mühüm görüşlər keçirilir. Bu səbəbdən Azərbaycan Prezidentinin belə bir yığıncağa dəvət alması ciddi əhəmiyyət kəsb edən məsələdir və Prezidentin orada bir sıra görüşlərinin nəzərdə tutulması ondan xəbər verir ki, İlham Əliyevin nüfuzu təkcə MDB məkanında deyil, eyni zamanda, dünyada müsbət, həddən artıq böyük reytinqə malikdir".

Politoloq qeyd edib ki, bu gün Azərabycan dünyada və Avropada enerji təhlükəsizliyinə təhdidin qarşını alan bir dövlət kimi tanınır. Eyni zamanda, qeyri-neft sektorunun inkişafına görə çox mühüm əhəmiyyət kəsb edən bir dövlətə çevrilib və balanslı siyasəti ilə heç bir hərbi bloka qoşulmadan öz siyasətini doğru istiqamətdə aparır:

"Müqayisə edin, bu günlərdə Ermənistanda Avrasiya İqtisadi Şurasının tədbirində Vladimir Putin Paşinyanla sonda görüşdü, o, həmçinin həbs olunmuş eks prezident Robert Koçaryanın həyat yoldaşı ilə də görüşdü. Təsəvvür edin ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunan Ermənistanın tərəfdaşları ilə demək olar ki, heç bir məsələnin həllində diskussiya aparamaq imkanı olmadı. Nə iqtisadi, siyasi, nə də hərbi cəhətdən konkret olaraq heç bir nəticə əldə olunmadı. Sadəcə olaraq, bir təşkilatda təmsil olunduqları üçün görüş naminə görüş keçirildi. Eləcə də Vladimir Putinin Koçaryanın həyat yoldaşı ilə görüşməsi, sanki Paşinyana sərt bir şillə kimi dəydi. Bu, bir mesaj idi - biləsən ki, biz Rusiyaya bağlı olan birini hansısa məsələlərə görə kənara atmırıq və Paşinyan bundan özü üçün nəticələr çıxarmalıdır. Bütün bunlar bir daha Paşinyanın nüfuzunun nə dərəcədə aşağı olduğunu göstərdi".

A.Nağıyev əlavə edib ki, bu gün Ermənistanın Baş naziri ilə müqayisədə Azərbaycan lideri dəfələrlə üstün nüfuza malik olan bir dövlət başçısıdır. Buna görə də Azərbaycanda müxtəlif beynəxalq tədbirlərin keçirilməsi planlaşdırılır və bu tədbirlər uğurla həyata keçirilir:

"Ona görə də düşünürəm ki, Valdayda Azərbaycan Prezidentinin çox mühüm görüşləri olacaq. Tək regional problemlər deyil, beynəlxalq problemlərin də həllində Azərbaycan rəhbərliyinin işitirakı, nüfuzu mütləq şəkildə nəzərə alınacaq. Bir daha qeyd etmək istəyirəm ki, ümumiyyətlə İrəvanda istər Belarus Prezidenti Lukaşenkonun çıxışı, istər Vladimir Putinin görüşləri Paşinyan üçün uğursuz oldu. Paşinyan yalan, hiylə üstündə qurulan siyasəti keçmir. Ona görə də düşünürəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü həm daxili, həm də xarici siyasət çox müsbət bir istiqamətdə inkişaf edir və bu, dünya liderləri tərəfindən alqışlanır".

Qeyd edək ki, Valday Beynəlxalq Müzakirə Klubu Rusiyanın xarici və daxili siyasətinin öyrənilməsində ixtisaslaşmış tanınmış mütəxəssislərin yığıncağıdır. Klub 2004-cü ilin sentyabrında RİA Novosti, Xarici və Müdafiə Siyasət Şurası, "The Moscow Times" qəzeti, "Rusiya Qlobal İşlərdə" və "Russia Profile" jurnallarının təşəbbüsü ilə yaradılıb.

Klubun ilk konfransı Velikiy Novqorod şəhərinin yaxınlığında yerləşən Valday gölünün ərazisində keçirildiyinə görə Valday klubu adını almışdır.




           Tarix: 03-10-2019 13:00   

Gündəm
































Video səhifəmiz

Bakıda avtobuslar Éks yola çıxaraq sÉrniÅinlÉri tÉhlükÉyÉ atıb

Fotosesiya