Reklam
Xəbər lenti


























10:47
19-10-2017
Manatın MƏZƏNNƏSİ



















Ən çox oxunanlar

Trampın andiçməsində Azərbaycanı Elin Süleymanov təmsil edəcək

Yanvarın 20-də keçiriləcək ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inauqurasiya mərasiminə Azərbaycandan kimin gedəcəyi məlum olub. 

AzeriXalq.az qafqazinfo-ya istinadən xəbər verir ki, ABŞ-ın diplomatik protokol qaydalarına əsasən, andiçmədə iştirakı üçün heç bir dövlətə rəsmi dəvət göndərilmir. Qaydalara uyğun olaraq, hər bir ölkənin ABŞ-dakı diplomatik nümayəndəsi inauqurasiyaya dəvətlidir. Azərbaycanı da mərasimdə ölkəmizin ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov təmsil edəcək.

Qeyd edək ki, ABŞ prezidentlərinin bütün inauqurasiyaları ənənəvi və dəyişməz proqramla həyata keçirilir. Adətən prezidentin çıxışını onun bu işlər üzrə köməkçisi yazsa da, Tramp əvvəlcədən bəyanat verərək onların xidmətindən imtina etdiyini və çıxışını özü yazacağını bildirib.

İlkin hesablamaya görə, andiçmə yeni prezidentə 200 milyon dollara başa gələcək. Belə ki, təkcə təhlükəsizlik üçün həmin gün 100 milyon dollar sərf olunacaq.

Donald Tramp tvitter hesabında yazaraq bütün tərəfdarlarının yanvarın 20-də Vaşinqtona gələcəyinə ümid etdiyini bildirib: "Bu, böyük şou olacaq".




           Tarix: 11-01-2017 15:39   

Gündəm
































Video səhifəmiz

Fotosesiya