Reklam
Xəbər lenti























10:47
19-10-2017
Manatın MƏZƏNNƏSİ






















Ən çox oxunanlar

Əli Həsənov: "Əleyhdarlarımızla mübarizə aparmaq üçün mediadan dəstək gözləyirik"

Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən elan olunan fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

AzeriXakq.az-in məlumatına görə, tədbirdə Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, KİV rəhbərləri, dövlət qurumlarının nümayəndələri, millət vəkilləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən Ə.Həsənov deyib ki, Azərbaycanda ümummilli lider hakimiyyətə qayıdandan sonra media Azərbaycan cəmiyyətinin ən nüfuzlu institutlarından biri səviyyəsinə qaldırıldı:

"Media cəmiyyətin formalaşmasında, inkişafında mühüm rol oynayır. Ona görə də ulu öndər Heydər Əliyev medianı Azərbaycan cəmiyyətinin əsas ictimai institutlarından biri kimi görürdü. Məhz buna görə də ümummilli lider media üzərində bütün ictimai tənzimləmə mexanizmlərini ləğv etdi və jurnalistlər Mətbuat Şurasını yaratdılar".

Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycan dövləti medianın rolunu və yerini cəmiyyətin nüfuzlu institutu kimi görür: "Cənab prezident İlham Əliyev Azərbaycanı azad mediasız təsəvvür etmədiyini bildirib".

Ə.Həsənov qeyd edib ki, KİVDF vasitəsilə medianın inkişafına 28 milyon manata yaxın vəsait ayrılıb: "Təxminən bir o qədər də vəsait medianin problemlərinin həllinə yönəlib, media qurumlarının borcları silinib və media dövlətin bütün qayğı mexanizmlərindən istifadə edir. Dövlət tərəfindən jurnalistlər üçün evlər tikilib və tikilməkdə davam edir. Dövlət bütün bunları ona görə edir ki, siz Azərbaycan cəmiyyətindəki ictimai rolunuzu bundan sonra bacarıqla həyata keçirə biləsiniz. Azad mediasız, intellektli jurnalistlərsiz biz heç nə edə bilmərik. Ona görə də dövlət jurnalistlərin qayğısına qalır".

PA rəsmisi deyib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında medianın mühüm rolu var: "Bu gün biz böyük erməni lobbisi, islamofob dairələrlə üz-üzəyik. Elə missioner təşkilatları var ki, Azərbaycanın inkişafını gözləri götürmür, ölkəmiz inkişaf etdikcə əleyhdarlarımızın sayı artıb. Bütün bunlarla mübarizə aparmaq üçün biz mediadan dəstək gözləyirik".

Tədbirdə çıxış edən V.Səfərli bildirib ki, KİVDF 7 ildən artıqdır belə müsabiqələr keçirir. Fond ildə üç dəfə müsabiqə keçirir, həmçinin icra hakimiyyətləri və müxtəlif dövlət qurumları ilə birgə bu il 10-a qədər müsabiqə keçirilib.

Onun sözlərinə görə, ümumilikdə 10 müsabiqədə 600-ə yaxın jurnalist iştirak edib və 400-ə yaxın jurnalist mükafatlandırılıb: "Bundan əlavə, KİV nümayəndələrinin xarici ölkələrə səfərləri təşkil olunub".

V.Səfərli əlavə edib ki, bu gün mükafatlandırma mərasimi keçirilən müsabiqəyə 160 yazı təqdim olunub: "Müsabiqədə 19 istiqamət müəyyən edilib və hər istiqamət üzrə 6 qalib nəzərdə tutulub. Bu müsabiqələr davam etdiriləcək".

Ə.Amaşov isə çıxışında qlobal dünyada baş verən hadisələrə, böyük dövlətlərin kiçik dövlətlərə münasibətləri ilə bağlı danışıb: "Cənab prezident İlham Əliyevin müasir düşüncələri, analitik keyfiyyətləri, müasir prinsiplərə əsaslanması bizdə əminlik yaradır ki, Azərbaycan bu qarışıq dünyada problemlərlə uğurla mübarizə aparacaq. Bizim prezident vətənpərvərdir, qətiyyətli, qorxmaz və prinsipaldır. Bu gün Azərbaycan mətbuatı güclü bir institutdur. Azərbaycan jurnalistləri bugünkü qədər güclü olmayıblar. Azərbaycan prezidenti İlham Əliyev həmişə medianı diqqətdə saxlayıb. Azərbaycan jurnalistləri adından cənab prezidenti ad günü münasibətilə təbrik edirik".

Daha sonra qaliblərə mükafatlar təqdim edilib və tədbir bədii hissə ilə davam etdirilib.

 




           Tarix: 24-12-2016 16:31   

Gündəm
































Video səhifəmiz

Fotosesiya