Reklam
Xəbər lenti













































Ən çox oxunanlar

Ödənişli yolun bir hissəsi hazırdır - Masallıdan fotolar

 

“Ödənişli yolun bir hissəsi hazırdır - Masallıdan fotolar

Azərbaycanda ödənişli olacağı deyilən Ələt-Astara magistral yolunun bir hissəsi hazırdır. Azerixalq.az Qafqazinfo-ya istinaden xəbər verir ki, yolun Masallıdan keçən hissəsində quruculuq işləri tamamlanmaq üzrədir.

Yeni magistral yolda nəzərdə tutulan onlarla yeraltı keçidlərin, tunellərin, su keçidərinin, dairəvi boruların tikintisi artıq başa çatıb. Körpülərin inşası isə davam etdirilir. Hazırda yollarda torpaqbərkitmə işləri aparılır.

Qeyd edək ki, torpaq yatağı 26,5 metr, ayrıc zolağı 4 metr olan yol 4 hərəkət zolağından ibarət olacaq. Yeni çəkilən yolu digər magistrallardan fərqləndirəcək cəhət ondan ibarətdir ki, Salyanın girişindən başlayaraq Astara-İran sərhədinə qədər davam edən yolda avtomobillər heç bir yaşayış məntəqəsini görmədən birbaşa maneəsiz hərəkət edəcəklər. Yeni yolun tikintisi başa çatdıqdan sonra əvvəlki yoldan fərqli olaraq məsafə təxminən 40 kilometr qısalacaq.

Bu arada bildirək ki, yaxın günlərdə Masallıya səfəri planlaşdırılan prezident İlham Əliyevin də həmin yola baş çəkəcəyi gözlənilir.

 

 

 

Ödənişli yolun bir hissəsi hazırdır - Masallıdan fotolar
Ödənişli yolun bir hissəsi hazırdır - Masallıdan fotolar

 




           Tarix: 02-09-2016 15:55   

Gündəm
































Video səhifəmiz

Fotosesiya