Reklam
Xəbər lenti













































Ən çox oxunanlar

Zaqatalada toyda mahnı üstündə dava düşdü: ata qətlə yetirildi, oğlu isə yaralandı

Zaqatalada 56 yaşlı kişi bıçaqlanaraq qətlə yetrilib, oğlu isə bıçaq xəsarətləri alıb.

AzeriXalq.az xəbər verir ki, hadisə oktyabrın 23-də axşam saat 23:00 radələrində rayonun Danaçı kəndində baş verib.

Kənd sakinləri 1963-cü il təvəllüdlü Abakar Salam oğlu Zutov, onun oğlu, 1991-ci il təvəllüdlü Həmzət Zutov və onların həmkəndlisi, 1990-cı il təvəllüdlü Abdul Rəcəb oğlu Ayalov arasında hələlik istintaqa tam məlum olmayan səbəbdən dava düşüb.

Dava zamanı Abdul Ayalov üzərində olan bıçaqla Abakar Zutova və onun oğlu Həmzət Zutova xəsarətlər yetirib. Ağır bıçaq xəsarətləri olan Abakar Zutov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.

Oğlu Həmzət Zutova isə sol əlin və sol kürəyin kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti diaqnozu qoyulub, xəsarəti yüngül olduğundan ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Həmkəndlisini bıçaqlayaraq qətlə yetirən Abdul Ayalov Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır./apa

*********

Zaqatalada toyda baş verən dava ölümlə nəticələnib. 

APA-nın əldə etdiyi xəbərə görə, Danaçı kəndində keçirilən toy mərasimində Abakar Zutov və Abdul Ayalov arasında rəqs etmək üstündə dava düşüb. Məclis iştirakçıları davanın qarşısını alaraq tərəfləri sakitləşdiriblər.

Mərasimi başa çatdıqdan sonra adıçəkilən şəxslər toy sahibinin evində yığışıblar. Bu zaman onlar arasında yenidən dava düşüb. Dava zamanı Abdul Ayalov üzərində olan bıçaqla Abakar Zutova və onun oğlu Həmzət Zutova xəsarətlər yetirib.

Ağır bıçaq xəsarətləri olan Abakar Zutov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb. Oğlu Həmzət Zutova isə sol əlin və sol kürəyin kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti diaqnozu qoyulub, xəsarəti yüngül olduğundan ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.




           Tarix: 24-10-2019 10:10   

Gündəm
































Video səhifəmiz

Bakıda avtobuslar Éks yola çıxaraq sÉrniÅinlÉri tÉhlükÉyÉ atıb

Fotosesiya