Reklam
Xəbər lenti













































Ən çox oxunanlar

Oğul atasını güllələdi - Ağcabədidə

Ağcabədi rayonunda silahlı insident baş verib.

AzeriXalq.az teleqraf.com-a istinadən xəbər verir ki, mayın 26-da Ağcabədi rayonunun Bilağan kəndində yaşayan İ.Tağıyev evində münaqişə zəminində tüfəngdən açdığı atəşlə atası M.Tağıyevin kürək nahiyəsinə xəsarət yetirib.

Cinayəti törədən hadisə yerini tərk edib.

M.Tağıyev xəstəxanaya yerləşdirilib.

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər görülüb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən İ.Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə yerinə baxış zamanı onun bu cinayəti törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.




           Tarix: 27-05-2019 12:41   

Gündəm
































Video səhifəmiz

Bakıda avtobuslar Éks yola çıxaraq sÉrniÅinlÉri tÉhlükÉyÉ atıb

Fotosesiya