Reklam
Xəbər lenti













































Ən çox oxunanlar

Brendləri “ağlar qoyan” məşhurlarımız - FOTO

Bütün dünyada insanlar, əsasən də, qadınlar məşhurları örnək alaraq, onların dəb trendi ilə ayaqlaşmağa çalışır. Geyimləri daşıya bilən, onu təbliğ etməyi bacaran ulduzlar isə daim dünyaca məşhur brendlərin diqqət mərkəzində olurlar.

Onlar yeni kolleksiyalarını təqdim etmək üçün məşhurlara müraciət edir, daha yaxşı qazanc üçün ulduzları siması seçirlər.

Sözsüz ki, bu, bizim şou-biznesimizdən də yan keçməyib. Yaxın keçmişə nəzər salsaq, Aygün Kazımova, Brilliant Dadaşova, Röya Ayxan, Nura Suri kimi sənətçilərimizin bir sıra geyim brendlərinin siması olduğunu görə bilərik.

Lakin son günlər məşhurlarımıza diqqət versək, onların 70 faizinin geyim brendlərini görməzlikdən gəldiyini sezə bilərik. Halbuki ölkəmizdə dünya şöhrətli brendlərin demək olar ki, əksəriyyəti var.

Önəmli məqam orasıdır ki, məşhur brendləri görməzdən gələn sənətçilərimizin onları saxtalarını çox yaxşı görürlər və bu məhsulları bəh-bəhlə təqdim edirlər.

AzeriXalq.az axşam.az-a istinadən şou-biznesin brend adı ilə saxta geyim məhsulları geyinən məşhurlarını təqdim edir:

Son aylar "Gucci" deyəndə Şəbnəm Tovuzlu, Şəbnəm Tovuzlu deyəndə isə "Gucci" yada düşür. Onun bu markanın saxta versiyası olan kəmərini səhv taxması uzun müddət medianın gündəmini məşğul etmişdi. Daha sonra ifaçı eyni brendin daha bir süni məhsulunu ayaqlarında nümayiş etdirib. Bu da yetməyib, "Valentino"nun "xalis" çantasını da onun əlində görmüşük.

Əməkdar artist Elnarə Abdullayevanın əynindəki bu "Givenchy" koftadan yəqin ki, brendin dizaynerlərinin xəbəri yoxdur.

Müğənni Türkan Vəlizadə əslində, "Dior"un modeli olan bu çantanın Çin məhsulu olan "Gucci" versiyasını alıb.

Aparıcı Fira Cəlilova da saxta məhsulları geyinmək üzrə digər sənətçilərdən geri qalmır. Onun əynində "Gucci", "Dolce&Gabanna", "Fila" kimi brendlərin oxşadılaraq qayrılmış çanta, libas və ayaqqabılarını görə bilərik.

Müğənni Üzeyir Mehdizadə isə "Gucci" bu "ölümsüz əsəri"ni ötən günlərdə nümayiş etdirib.

Xatirə İslam da saxta məhsullara üstünlük verən ifaçılar arasındadır. O da "Chanel", "Hermes", "Gucci" və digər dünyaca məşhur markalara məxsus imiş kimi "lansə" edilən libasları geyinərək, nümayiş etdirir.

Zenfira İbrahimovanın geyindiyi kofta və istifadə etdiyi aksesuar "Gucci" və "Fendi" fabriklərində çalışan işçiləri göz yaşı axıtmağa məcbur edir

Bu mövzuda ən çox "göz çıxaran" müğənni Damladır. Biz dəfələrlə onun əynindəki "Balenciaga", "Burberry", "Gucci" kimi brendlərə məxsus paltarlara görə "Nəzakət butik"ə təşəkkür etdiyi statuslarını görürük.

Müğənni Təranə Qumral isə "Valentino" çantası ilə "göz qamaşdırır".

Sevda Sanaliyeva "Valentino"ya oxşadılaraq tikilmiş libasları evdə geyinməyə üstünlük verir.




           Tarix: 24-08-2019 14:22   

Gündəm
































Video səhifəmiz

Bakıda avtobuslar Éks yola çıxaraq sÉrniÅinlÉri tÉhlükÉyÉ atıb

Fotosesiya