Reklam
Xəbər lenti




































09:36
16-01-2019
Manatın MƏZƏNNƏSİ









Ən çox oxunanlar

"Toppuş bacı"nın ölüm xəbəri, Elzaya baş qoşmamaq, dekolteli xanəndə, həbsxanadakı Fədayə və Coşqunun xərçəngi - HƏFTƏBECƏR

AzeriXalq.az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (195-ci say) təqdim edir.

Elza Seyidcahan verilişə üç bacısı və nəvəsi Səmərruxla qatılıb. İndi tənqid edəcəm, yenə də qızı "Facebook"da yazacaq ki, anamın paxılıığını çəkirsiz. Paxıllığını e. Elza deyəsən qarşısına məqsəd qoyub ki, qohum-əqrəbada kim varsa, hamını efirə çıxaracaq. Hamının adından danışa bilmərəm. Amma öz adıma deyə bilərəm ki, bəzi bəstələrini çıxmaq şərtilə, oxumağı da daxil olmaqla bu qadının maraqlı olan tərəfini görmürəm. Yadımdadır, bir dəfə də verilişdə özünü əfsanəvi cazmen Vaqif Mustafazadə ilə müqayisə etmişdi. Elə onda başa düşmüşdüm ki, bu qadınla mübahisə etməyə dəyməz. Kimsə qalxıb desə ki, o da başqa bir əfsanənin - Arif Məlikovun tələbəsi olub. Mən də deyəcəm ki, onu Arif Məlikovun dərsində neçə dəfə görən olub? Kiminsə kursunda adı getmək başqadır, ondan öyrənmək isə bakılılar demiş, tamam alayı şeydü.

Saytlar müğənni Bahar Lətifqızının efirə dekolte geyimdə çıxmasını qeyri adı şey zənn edib "xanəndə efirə dekoltedə çıxdı" kimi başlıqlar yazıblar. Razıyam, Bahar Lətifqızı yaxşı səsdir, bəzi möhürü vurulmuş mahnıları da özünəməxsus şəkildə oxuyub. Amma ondan kim nə vaxtsa xanəndə davranışı görüb? Şəxsən mən hansısa xanəndənin efirə çıxıb "üç dəfə ərdə olmuşam" deməsini xatırlamıram. Lap tutaq ki, kimsə beş dəfə ərə gedibsə də, bunu efirə açıqlamaq ayıb deyilmi? Axı guya Allah qoymasa bu insanların müəyyən pərəstişkar kütlələri var və o kütlənin içərisindən hansısa gənc qız düşünə bilər ki, mən də dörd-beş dəfə ərə getsəm, yaxşı müğənni ola bilərəm. Ona görə də Baharın efirə dekoltedə yox, şortikdə çıxması da mənimçün qəribə deyil.

Ötən həftə böcək söhbəti yazmışdım ha, müğənni Nadir Qafarzadə də oxşar status paylaşıb. Amma sənətçi həyat yoldaşı barədə yazıb o sözləri. Yazıb ki nə yaxşı ki, həyatımda varsan! Sevdiyim insan, mənim uğur böcəyim. Yenə başqasının kişisinə böcəyim yazan qadın sənətçiyə baxanda, Nadirə min şükür. Bəzən çox sərt açıqlamaları olur, bəzən yersiz atmacalar edir, yersiz fikirlər səsləndirir, amma yenə də bayaq dediyimə baxanda Nadir toya getməlidir. Yeri gəlmişkən, həmin qadın oxuyan artıq "böcəkdən" əl çəkib və başqa böcəklərin axtarışına çıxıb.

Xalq artisti Brilyant Dadaşova oğlundan danışıb. Deyib, oğlum deyir ki, mənimlə yaşasa, arvadı ilə yata bilməz. Bax elə bu cür də deyib ha. Vallah, nə deyim. O boyda səs, o boyda sənət, görülən işlər və bu açıqlama. Beynimdə tərəziyə qoyuram, nəsə hesab-kitab düz gəlib çıxmır. Bu açıqlamanı vermək məcbur idimi? Sabah da oğlunuz evlənəndə yazacaqlar ki, bağ belə gəldi, bostan belə getdi. Onda da xətrinizə dəyəcək ki, niyə belə şeylər yazırsınız. Ümumiyyətlə, sənət adamlarının qəribə xüsusiyyətləri var. Saytlara danışmaq istəmədiklərini çıxıb efirdə həvəslə danışırlar.

Ötən həftə Şəbnəm Tovuzlu barədə bir xəbər yazmışdım. Daha doğrusu xəbər sənətçinin keçmiş həyat yoldaşı barədə idi. Meneceri olduğunu deyən bir nəfər məni axtarırmış. Sonradan özü zəng vurdu, normal şəkildə danışdıq, aydınlaşdırdıq və sağollaşdıq. Mən bir şeyi anlamıram ki, bu menecerlər müğənnilərin ərlərinə də cavabdehdirlərmi?

Meyxanaçı Samirəni də başa düşmək olmur. Gah deyir ərə gedirəm, gah da deyir ki, əlli yaşdan sonra nə ərə getmək? Axırıncı açıqlamasında deyib ki, gedirəm. Təcili fikrini dəyişməmiş kimsə elçi düşüb bu məsələni həll eləsin.

Yenə saytları əməkdar artist Coşqun Rəhimovun xərçəngə qalib gəlməyi xəbərləri ağzına alıb. Çox şükür ki, aktyor o cür ağır xəstəlikdən canını qurtardı. Amma maraqlıdır ki, belə xəbərlər həmişə "Bu şəhərdə"nin konsertinə günlər qalmış ortaya atılır. Yəqin ki, növbəti qalibiyyət mart ayında olacaq - konsert ərəfəsində. Allah şəfa versin!

Hə, bu arada deyim ki, müğənni Fədayə Laçın hələ də həbsdədir. "Həftəbecər"i əksər sənətçilərin də oxuduğunu nəzərə alıb, soruşmaq istəyirəm. Onun həbsindən sonra ailəsiylə, övladıyla neçə dəfə maraqlanmısınız?

Ötən həftə "Toppuş bacı"nın ölüm xəbəri yayıldı. Sonra özü çıxıb açıqlama verdi ki, belə şeylə reytinq olmaz. Bəs necə şeylə olar, Tünzalə xanım?




           Tarix: 29-10-2018 09:05   

Gündəm
































Video səhifəmiz

Fotosesiya