Reklam
Xəbər lenti













































Ən çox oxunanlar

Elnarə efirdə ağladı: "Bir ömür özümü bağışlaya bilməzdim" - VİDEO - FOTO

ARB TV-nin "Gəlin danışaq" verilişinin növbəti qonağı əməkdar artist Elnarə Abdullayeva olub.

AzeriXalq.az xəbər verir ki, maraqlı açıqlamaları ilə yadda qalan ifaçı kiməsə irad bildirməyi xoşlamadığını dilə gətirib:
"İnanın ki, mən hələ heç kimə irad bildirməmişəm. Heç kimə deməmişəm ki, belə oxuma, elə oxu. Ancaq mənə qarşı irad olanda mənə xoşdur və qəbul edirəm. Əvvəla baxır bunu kim deyir. Məndən gərək ağıllı, tərbiyəli, imanlı və məndən savadlı olsun. Bu da daha çox yaşlı insanlara uyğun gəlir. Məsələn, müəllimim, bu yaxınlarda dünyasını dəyişən Ağaxan Abdullayev. Dünyasını dəyişəndən sonra hələ də özümə gələ bilməmişəm. Onlar nə deyibsə mən qəbul etmişəm. Yenə də desəydilər, qəbul edərdim".

Xanəndə ona qarşı edilən savadlı iradları qəbul etdiyini bildirib:

"Bütün yaşlı insanlarımız nə desələr mən onu qəbul edə bilərəm. Ola bilər ki, uşaq ola ancaq elə ağıllı söz deyə bilər ki, mən onu qəbul edəm. Axmaq adam ola bilər mənə deyə ki, Elnarə bu yol elə deyil, belədir. Mən ona heç vaxt deməmişəm ki, əşi get özünə məsləhətli bir don geyin".

Xalq artisti Ağaxan Abdullayevdən danışan əməkdar artist göz yaşlarını saxlaya bilməyib:

"Mən 9 il bu insanın tələbəsi olmuşam. Qürurlu yaşayıb ölmək hər adama qismət olmur. Bu gün mən məllimimdi deyib fəxr edə bilirəm. Elə ola biər ki, içindən gələ bilməz. Amma mən dünən də, bu gün də, sabah da fəxr edə biləcəm ki, mən Ağaxan Abdullayevin tələbəsi olmuşam. Xarakter, sənət, böyüklük olaraq çox şey öyrənmişik". 

Elnarə Abdullayeva xalq artistini son gördüyü günü danışıb:

"Lap axır vaxtlarını gördüm. 10 gün falan qalmışdı getmişdim. Təəssüf ki, çox otura bilmədim. 10 - 15 dəqiqə otura bildim. Tələbə yoldaşım, Ağaxan müəllimin tələbəsi Nuriyyə xanımla bərabər getmişdik. Şükür edirəm ki, yetərincə söhbət edib, məsləhətlər almışıq. İkinci konsertimə xahiş etdim ki, gəlin və o da gəldi. Bilet almışdılar ki, Türkiyəyə getsinlər. Daha sonra dedi ki, biz bileti qaytardıq və konsertinə gəldik. Dedim ki, siz konsertə gəlməsəydiz, bir ömür özümü bağışlaya bilməzdim. Çox böyük bir məsuliyyət, hesabat idi. İkinci konsertdə "muğam dəstgahı" oxudum. Ürək edib soruşa bilmədim ki, necə idi? Ola bilsin xətrimə dəyməsin deyə heç nə deməyəcəkdi, lakin yenə də ürək edib soruşa bilmədim. Mənim üçün başqa cür insan və başqa bir aləm idi".

 

Videonu izləmək üçün şəklə klikləyin:

Əməkdar artist efirdə ağladı -




           Tarix: 17-01-2017 19:21   

Gündəm
































Video səhifəmiz

Bakıda avtobuslar Éks yola çıxaraq sÉrniÅinlÉri tÉhlükÉyÉ atıb

Fotosesiya