Reklam
Xəbər lenti




12:59
25-11-2017
Sabahın hava PROQNOZU:






























09:30
24-11-2017
Qızıl ucuzlaşdı











Ən çox oxunanlar

Prezident yeni nazir təyin etdi -FOTO


Bu gün prezident İlham Əliyev sərəncam imzalayıb.

AzeriXalq.az xəbər verir ki, sərəncama əsasən, Pərviz Oqtay oğlu Şahbazov Azərbaycan Respublikasının energetika naziri təyin edilib.

Xatırladaq ki, keçmiş energetika naziri Natiq Əliyev bu ilin iyunun 9-da dünyasını dəyişib.

P.Şahbazoov indiyə qədər Azərbaycan Respublikasının müxtəlif ölkələrdə diplomatik korpusları – səfirlik, konsulluq, daimi nümayəndəliyi fəaliyyət göstəririb.

Pərviz Oqtay oğlu Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1986-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1988-1989-cu illərdə hərbi xidmətdə olub.

1991-ci ildən diplomatik xidmətə qəbul olunub.1991-1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992-1996-ci illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996-1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997-1998-ci illərdə birinci katib, 1998-2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib.

1998-2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub. 2005-ci ilin avqust ayından Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiridir. Ailəlidir, iki övladı var.

Səfir ingilis, alman və rus dillərini bilir.




           Tarix: 12-10-2017 17:34   

Gündəm
































Video səhifəmiz

Fotosesiya