Reklam
Xəbər lenti













































Ən çox oxunanlar

Maşın ustası narkotiklə tutuldu - “Məni tanıyanlara salam”

“Maşın ustası narkotiklə tutuldu - “Məni tanıyanlara salam”

Uzun illərdir avtomobil təmiri ilə məşğul olan Gəncə sakini Şəmkirdə polis tərəfindən saxlanılıb. Həm də çətənə kolları ilə birlikdə.

Azerixalq.az Kəpəz TV-yə istinadən xəbər verir ki, Şəmkir polisinə Gəncə sakini, 51 yaşlı Rizvan Abbasovun rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olub. Əməliyyat tədbirlərinə başlayan polis şəxsi rayonun Təzəkənd kəndi ərazisində saxlayıb.

Müstəntiq Qurban Qurbanov bildirib ki, onun əlindəki iki ədəd torbaya baxış keçirilən zaman oradan ümumi çəkisi 2 kiloqram 310 qram olan çətənə kolları aşkar edilərək götürülüb.

Rizvan Abbasov narkotiki şəxsi istifadəsi üçün yol kənarından topladığını deyib. Əməlindən peşman olduğunu bildirən avtomobil ustası, onu tanıyanlara salam söyləməyi də unutmayıb:

“Yolla keçirdim. Gördüm yaşıllıqdır. Torbaya yığıb doldurdum ki, çəkim. Getmək istəyirdim, iş belə alındı. Özümünkülərə, məni tanıyanlara salam deyirəm. Gəncənin 70 faizi məni tanıyır”.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.




           Tarix: 02-06-2016 08:23   

Gündəm
































Video səhifəmiz

Bakıda avtobuslar Éks yola çıxaraq sÉrniÅinlÉri tÉhlükÉyÉ atıb

Fotosesiya