Reklam
Xəbər lenti




12:59
25-11-2017
Sabahın hava PROQNOZU:






























09:30
24-11-2017
Qızıl ucuzlaşdı











Ən çox oxunanlar

Nazirlikdən sahibsiz ev heyvanları ilə bağlı AÇIQLAMA

"Bakının və ölkənin digər şəhərlərinin küçələrində sahibsiz ev heyvanları ilə rəhmsiz rəftar olunmasına dair mediada,sosial şəbəkədə xarici və yerli istifadəçilər tərəfindən məlumatlar yayılır. Əfsuslar olsun ki, bəzi hallarda qınaq obyekti kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin adı çəkilir".

AzeriXalq.az report-a istinadən xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaydığı bəyanatda bildirilib. 

"Bununla əlaqədar qətiyyətlə bəyan edirik ki, sahibsiz ev heyvanlarının sayının tənzimlənməsi məsələsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətinə aid deyil və onun Əsasnaməsi ilə müəyyən edilməyib. Nazirliyin bu sahədə fəaliyyət göstərən səlahiyyətli qurumu yoxdur, bununla bağlı dövlət Nazirliyə hər hansı hüquq verməyib və məsuliyyət müəyyən etməyib", -deyə bəyanatda vurğulanıb. 

Qeyd olunub ki, ETSN-in sosial şəbəkələrdə yayılan görüntülərdəki sahibsiz ev heyvanları ilə rəhmsiz davranışlarıqınayır: "Nazirlik səlahiyyəti daxilində ev heyvanlarına qarşı törədilən bu cür əməllərlə bağlı tədbirlər görür, çoxlu sayda müxtəlif vətəndaşlara qarşı cərimə protokolları tərtib olunub və bir sıra hallarda hüquq-mühafizə orqanlarına təqdimatlar göndərilib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə baş verənlərə görə nazirliyin adının hallandırılmasını qeyri-səmimi yanaşma və provokasiya hesab edirik. Çünki bu halda ünvan düzgün seçilməyib və bundan belə nəticə çıxarmaq olur ki, kimlərsə bilərəkdən yanlış məlumat yayır. Məqsəd isə heyvanların mühafizəsi deyil, əsl günahkarları gizlətməkdən, aidiyyəti olmayan şəxslərə şər-böhtan atmaqdan və yalan məlumatlarla ictimaiyyəti çaşdırmaqdan ibarətdir. Bir daha diqqətə çatdırırıq ki, ünvan səhv salınıb. Başqa idarəetmə orqanlarının bu və ya digər sahədə fəaliyyətinə qiymət vermək isə nazirliyin işi deyil.

Heyvanat aləminin, o cümlədən ev heyvanlarının mühafizəsi məsələsi Azərbaycan Respublikasının dövlət siyasətinin əsas istiqamətlərindən biridir və bununla bağlı çox sərt qanunvericilik bazası mövcuddur. Azərbaycan Respublikası 2007-ci ildə "Ev heyvanlarının mühafizəsi haqqında" Avropa Konvensiyasını ratifikasiya edib və müvafiq qanunvericilik aktlarını həmin Konvensiyaya uyğunlaşdırıb, ev heyvanlarına qarşı rəhmsiz rəftara görə qanunvericilikdə müvafiq məsuliyyət nəzərdə tutulub. Eyni zamanda ölkədə qəbul olunmuş qaydalara görə sahibsiz ev heyvanlarının sayının tənzimlənməsi, onların evlərdə saxlanılması qaydalarına nəzarət sahəsində məsul qurum yerli özünüidarəetmə orqanları müəyyən edilib. Öz növbəsində nazirlik heyvanlarla, o cümlədən sahibsiz ev heyvanları ilə rəhmsiz rəftar edilməsi sahəsində minlərlə fakt müəyyən edib və yüksək məbləğdə cərimələr tətbiq olunub, cinayət tərkibi müəyyən olunduğu zaman daha sərt tədbirlərin görülməsi üçün sənədləşdirilən materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Qeyd edək ki, Nazirlik sahibsiz ev heyvanları ilə bağlı vəziyyətin yaxşılaşdırılmasına xidmət edə biləcək istənilən təklifi öz səlahiyyətləri daxilində müzakirə etməyə və lazım gələrsə dəstəkləməyə hazırdır".




           Tarix: 30-09-2017 13:05   

Gündəm
































Video səhifəmiz

Fotosesiya