Reklam
Xəbər lenti













































Ən çox oxunanlar

Baş Prokurorluqdan sayt rəhbərinə XƏBƏRDARLIQ


Baş Prokurorluq daha bir sayta xəbərdarlıq edib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Baş Prokurorluqda aparılmış araşdırmalarla "Ovqat.com” internet saytının baş redaktoru Heydər Həşimov tərəfindən cinayət-prosessual qanunvericiliyin, habelə "Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının tələbləri pozulmaqla Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsində işləmiş və hazırda cəzaçəkmə müəssisəsində cəza çəkən Cahangir Hacıyev və qeyriləri barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi üzrə istintaq aparıldığı halda, ibtidai araşdırmanın maraqlarına zidd olaraq, sensasiya yaratmaq naminə C.Hacıyevdən müsahibə alınıb, ictimailəşdirilməsi müəyyənləşib.
Qeyd edilənlərlə əlaqədar saytın baş redaktoru Baş Prokurorluğa dəvət edilərək kütləvi informasiya vasitələrindən süi-istifadənin yolverilməzliyi diqqətinə çatdırılıb, "Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq gələcəkdə cinayət prosesinin iştirakçılarının hüquq və qanuni mənafelərini pozmaqla bu qəbildən olan qanunazidd əməlləri davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.




           Tarix: 27-09-2017 15:04   

Gündəm
































Video səhifəmiz

Bakıda avtobuslar Éks yola çıxaraq sÉrniÅinlÉri tÉhlükÉyÉ atıb

Fotosesiya