Reklam
Xəbər lenti











































Ən çox oxunanlar

Fatimənin strateji yeri, Günayın Elzalığı, acından ölən Nadir, biləcərili Rafet - HƏFTƏBECƏR

AzeriXalq.az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (106-cı say) təqdim edir.

Muştuluğmu verin, bir qlobal əhəmiyyətli xəbər verim. Rəqqasə Fatimə var ha, bax o əməliyyat elətdirib. Özü də çox əhəmiyyətli bir yerdən:

"Çoxları elə bilir ki, burun əməliyyatı etdirirəm. Xeyr, daha önəmli bir yerdə dəyişiklik olacaq. Özümü daha da gözəlləşdirəcəm. Hələ ki, nə olduğunu gizli saxlayıram".
Mən bayaqdan düşünürəm ki, burundan daha əhəmiyyətli yer hara ola bilər, tapa bilmirəm. Bəlkə qulağını kəsdirib? Yox əşi, qulağını kəsdirməz. Bəlkə dodağını əməliyyat elətdirib? Bu da inandırıcı gəlmir. Onda nədirsə, daha strateji yerdir. Kimin ağlına daha ağılabatan versiya gəlsə, şərhə yazar.

Günay İbrahimli son üç-dörd ayda Elza Seyidcahanı geridə qoyub. Şeir də yazsa, işlər düzələr. Adam nə qədər mənasız, məntiqsiz açıqlama verər. Sevgilim buradan gəldi, dayılarım oradan getdi, dostum o yandan hoppandı... Əgər belə davam eləsə, gələcəyi parlaqdır - pul, hörmət və s. rahatlıqla əldə edəcək.

Rəqsanənin qızı qarda göbəyiaçıq rəqs eləyib. Videoya iki dəfə baxdım. Göbək deyirəm e, sizə. Sizə demirəm e, yəni göbək deyirəm. Fikrimcə, bu, Aysunun ikiqat uğurudur. Hətta daha çox. İndi mən prosesin gedişatını sadalayım, siz oxuyun. Əvvəlcə bu ideyanın meydana gəlməsi yetərincə təqdirəlayiqdir. İkincisi, göbəyin açılması və həmin göbəklə qarın üzərində rəqs etmək. Ət elə bir materialdır ki, soyuqda donur. Göbək də ətdəndir axı. Oğul, lənət şeytana, qız istəyirəm ki, bu soyuqda göbəyi o təhər oynatsın. Halal olsun, göbək yiyəsi!

Rafet El Roman Biləcəridən ikiotaqlı ev alıb. Bax bunu çoxdan etməliydi. Adam həftənin altı günü Bakıdadır və hər dəfə də gələndə hoteldə qalır. Özü də deyib ki, "Kaş Azərbaycanda doğulardım".

Zarafatı bir kənara qoyaq. Azərbaycanın o qədər diqqət göstəriləsi, qayğısı çəkiləsi sənətkarları var ki, Rafet onların əlinə su tökməyə yaramır. Əgər kiminsə etirazı olsa, özümə müraciət edər, həmin sənətkarların siyahısını verərəm.

Rafet deyir ki, kaş Azərbaycanda doğulardım. Amma həmin sənətkarlar deyirlər ki, kaş Azərbaycanda doğulmazdım. Çünki həmin sənətkarlar aidiyyəti qurumların yadına ancaq öləndə düşür.

Nadir Qafarzadə çoxdandır görünmürdü. Guya görünsə nə xeyri var ki? Ya arvaddan danışacaq, ya da uşaqdan. Sitat: "Aclıqdan iki övladımı itirmişəm".

Nadirin elə bu yay verdiyi açıqlamaları xatırlayın. Acından övladını itirən adam - adətən belə açıqlamanı qadınlar verir - insanları aşağılayan açıqlama verərdimi? Qulpqoyan dayı deyir ora yaz ki, ədəb-ərkan nə kiloyla satılmır, nə kubla, nə də qramla. Mən də yazdım. Amma başa düşmədim ki, nə demək istədi. Bəs sizcə?

 




           Tarix: 26-12-2016 09:40   

Redaktor seçimi

























Video səhifəmiz

Fotosesiya