Reklam
Xəbər lenti













































Ən çox oxunanlar

Qurban Qurbanov: Məqsədimizə çatdıq

Azarkeşlərə təşəkkür edirəm. Komandanı möhtəşəm dəstəklədilər. Onlar daha yaxşı qələbələrə layiqdirlər. Qalib gəldik, amma bizə asan olmadı.

AzeriXalq.az bildirir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Şimali İrlandiyanın "Linfild" komandasını 2:1 hesabı ilə məğlub edərək, UEFA Avropa Liqasının qrupuna düşdükləri pley-off mərhələsinin cavab oyunundan sonra deyib.

47 yaşlı mütəxəssis bildirib ki, bu gün cari avrokubok mövsümündə ən çox sayda qol epizodu yaradıblar: "Futbolçularımızı təbrik edirəm. Sabahkı püşkü gözləməliyik. İndi zəif rəqib yoxdur, hər bir komandanın öz oyun üslubu var. Avrokubokda tək qalmışdıq. Hamının gözü "Qarabağ"da idi. Məqsədimizə çatdıq. Rəqib barədə də yalnız müsbət söz deyə bilərəm. Onlara və baş məşqçilərinə uğurlar arzulayıram".

Qurban Qurbanov hər bir oyunun baş məşqçi üçün önəmli olduğunu bildirib: "Bəlkə, avrokubokda 100-cü matçımdır deyə, soruşursunuz. Mən bütün matçlarda məsuliyyətli oluram. Xayme Romeronu bu gün mərkəzdə oynatdıq, yaxşı təsir bağışladı. İlk dəfə UEFA Avropa Liqasında qrupa düşdüyümüzü xatırlayıram. Bir az gözlərim dolmuşdu. Ancaq bu gün artıq təmkinliyəm. Əlbəttə, istənilən ilk ləzzətlidir. Ancaq indi qrupa düşmək baxımından üzərimizdə daha çox təzyiq hiss edirdik. Çünki UEFA Çempionlar Liqasında qrupa vəsiqə qazana bilməyəndə, ən azı UEFA Avropa Liqasını gözləyirlər. Transferlərlə bağlı tənqidləri normal qəbul edirik. Bu, bütün dünyada belədir. Biz daha çox yaradıcı oyunçular axtarırıq. İstənilən halda, bütün transferlərdən razıyıq. Yenə də axtarışdayıq. Son günə qədər reallaşdırmağa çalışacağıq".

Q.Qurbanov UEFA Avropa Liqasında qrup mərhələsinin ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəklərini vurğulayıb: "Bütün komandaların öyrəşdiyi stadionlar olur. Bakı Olimpiya Stadionunda daha çox azarkeş gələ bilir. Ancaq futbolçularımız üçün Tofiq Bəhramov adına Respublika stadionu daha rahatdır. Bəzi nüansları da nəzərə almalıyıq. Qrup mərhələsi üçün Tofiq Bəhramov adına Respublika Stadionunu sifariş etmişik. Yəqin ki, ev oyunlarımızı burada oynayacağıq"./azərtac




           Tarix: 30-08-2019 09:19   

Gündəm
































Video səhifəmiz

Bakıda avtobuslar Éks yola çıxaraq sÉrniÅinlÉri tÉhlükÉyÉ atıb

Fotosesiya