Reklam
Xəbər lenti













































Ən çox oxunanlar

Həyat yoldaşı: "Oqtay Gülalıyev İstanbul Avrasiya Xəstəxanasına yerləşdirilib"

Bakıda avtomobil qəzasına düşən hüquq müdafiəçisi Oqtay Gülalıyev İstanbul Avrasiya Xəstəxanasına yerləşdirilib.

AzeriXalq.az xəbər verir ki, bu barədə Trend-ə O.Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva özəl olaraq məlumat verib.

O bildirib ki, hazırda O.Gülalıyev xəstəxanaya yerləşdirilib:

"Oqtayı İstanbul Avrasiya Xəstəxanasına yerləşdirdik. Həkimlərə təhvil verdik. Yolboyu səhhətində ciddi problem olmayıb. Həkimlər hələ ki, hər şeyi normal qiymətləndirirlər".

Xatırladaq ki, Oqtay Gülalıyev bu gün səhər saatlarında xüsusi təyyarə ilə İstanbula yola salınıb.

Qeyd edək ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi "Hyundai Accent" markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub.

Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.




           Tarix: 06-11-2019 15:45   

Gündəm
































Video səhifəmiz

Bakıda avtobuslar Éks yola çıxaraq sÉrniÅinlÉri tÉhlükÉyÉ atıb

Fotosesiya