Reklam
Xəbər lenti













































Ən çox oxunanlar

Oktay Güləliyev Türkiyəyə aparılacaq

Hüquq müdafiəçisi Oqtay Güləliyev Türkiyəyə aparılacaq.

AzeriXalq.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Oqtay Güləliyevin oğlu Tural Güləliyev "Facebook" səhifəsində məlumat verib.

O bildirib ki, həkimlər O.Güləliyevin Türkiyəyə aparılmasında heç bir təhlükə olmadığını bildiriblər: "Ailəsi olaraq onun aparılması üçün razılıq verdik. Hazırda atamın Türkiyəyə aparılması üçün hazırlıq işləri görülür".

Qeyd edək ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi "Hyundai Accent" markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib./trend




           Tarix: 05-11-2019 18:25   

Gündəm
































Video səhifəmiz

Bakıda avtobuslar Éks yola çıxaraq sÉrniÅinlÉri tÉhlükÉyÉ atıb

Fotosesiya