Reklam
Xəbər lenti













































Ən çox oxunanlar

Prezidentin yeni təyin etdiyi gənc icra başçısından NÜMUNƏVİ ADDIM

Prezident İlham Əliyevin Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin etdiyi Elnur Rzayev nümunəvi addım atıb. 

AzeriXalq.az xəbər verir ki, bu barədə baku.ws-ə icra hakimiyyətindən məlumat daxil olub. 

Bildirilir ki, 39 yaşlı icra başçısı digərlərindən fərqli olaraq vətəndaşları hər gün qəbul etmək qərarına gəlib. Belə ki, Xaçmazda Elnur Rzayevin qəbulunda olmaq istəyən yerli sakinlərə hər gün səhər 10-dan etibarən onunla görüşmək fürsəti yaradılıb. 

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşəcək vətəndaşlar bu yolla öz problemlərini birbaşa ona çatdıracaq və yaranacaq neqativ halların həllinə tez bir zamanda nail olacaq. 

Qeyd edək ki, Elnur Rzayev İcra Hakimiyyətinin başçısı təyin olunan zaman mətbuata açıqlamasında əlindən gələni əsirgəməyəcəyini bildirmişdi. 

"Təyinatım mənim üçün böyük sürpriz oldu. Cənab Prezidentə bu etimadına görə minnətdarlığımı bildirirəm.  Çalışacağam ki, mənə olan etimadı doğruldum. Bir icra başçısı kimi əlimdən gələnin ən yaxşısını etməyə hazıram",- yeni icra başçısı vurğulamışdı.




           Tarix: 05-11-2019 11:19   

Gündəm
































Video səhifəmiz

Bakıda avtobuslar Éks yola çıxaraq sÉrniÅinlÉri tÉhlükÉyÉ atıb

Fotosesiya