Reklam
Xəbər lenti













































Ən çox oxunanlar

Prezident İlham Əliyev "Qarabağ Azərbaycandır və nida işarəsi" deməklə Ermənistana ciddi mesaj verib - RƏYLƏR

Prezident İlham Əliyev "Qarabağ Azərbaycandır və nida işarəsi" deməklə Ermənistana ciddi mesaj verib
“Ermənilərin işğal etdiyi Dağlıq Qarabağın Azərbaycana məxsus olduğuna dünyanın heç bir yerində şübhə etmirlər. Bu məsələ BMT Təhlükəsizlik Şurasının, ayrı-ayrı beynəlxalq təşkilatların qərarlarında əksini tapıb. Ermənistanın indiki rəhbəri Nikol Paşinyan da təxribatçı çıxışlar etməkdə davam edir. Bir neçə gün öncə, Paşinyan “Qarabağ Ermənistanındır. Nöqtə” ifadəsi işlətmişdi. Bunun cavabını Prezident İlham Əliyev beynəlxalq tədbirdə "Qarabağ Azərbaycandır və nida işarəsi" deməklə ən yüksək səviyyədə verdi”.

Bunu “Report”a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.

Deputatın sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan yalan bəyanatını bir qrup tərəfdarı qarşısında səsləndirmişdisə, Azərbaycan Prezidenti İlham Əliyev bu həqiqəti beynəlxalq tədbirdə - “Valday” Belynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında səsləndirdi: "Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz. Prezident İlham Əliyev xalqın mövqeyini yüksək tribunadan bəyan etdi. Ermənistan üçün bir daha aydın olmalıdır ki, Azərbaycan işğal edilən torpaqlarını azad etmək əzmindədir, bunun üçün bütün imkanlardan istifadə edir. Ermənistanın baş naziri cavabını alıb. Ümumiyyətlə, Ermənistan vaxtaşırı Azərbaycandan cavabını alır. Azərbaycanın dövlət kimi möhkəmlənir, iqtisadiyyatı inkişaf edir, beynəlxalq aləmdə siyasi nüfuzu artır, regional iqtisadi layihələrin təşəbbüskarı kimi çıxış edir. Azərbaycan ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır. Bunun əvəzində Ermənistan ortaya nə qoya bilir? Ermənistan zəifləyib, sosial vəziyyət ağırlaşıb, əhali ölkəni tərk edir. Bundan başqa, Ermənistan regional layihələrdən də kənarda qalıb. Həqiqət Azərbaycanın tərəfindədir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə gücünü və əzmini ortaya qoyur”.

Milli Məclisin deputatı Cavid Osmanov “Report”a açıqlamasında deyib ki, Prezident İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı bir sıra önəmli məsələlərə toxunub.

“Prezident İlham Əliyev çıxışı zamanı bildirdi ki, Rusiya Azərbaycan üçün ən mühüm tərəfdaş, dost və mehriban qonşudur. Dövlət başçısı Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prinsipial mövqe nümayiş etdirdi. Prezident Ermənistanın baş naziri Nikol Paşinyanın sərsəm bəyanatlarına cavab verdi. Xatırlayırsınızsa, Paşinyan bir neçə gün əvvəl Qarabağda – Xankəndidə “Qarabağ Ermənistanındır. Nöqtə” sərsəm fikir səsləndirmişdi. Ermənistan son zamanlar cəbhə xəttində təxribatlar da törədir. Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələyə geniş vaxt ayırdı. Dövlət başçısı Paşinyanın bəyanatını yalan adlandıraraq, ciddi mesaj verdi: "Qarabağ Azərbaycandır və nida işarəsi". Bu mesaj hər bir azərbaycanlını qürurlandırır. Bu, həm də dünyaya mesajdır. Bütün dünya bilməlidir ki, Dağlıq Qarabağ və ətraf 7 rayon Ermənistan tərəfindən işğal edilib, BMT Təhlükəsizlik Şurasının qərarına məhəl qoyulmur, bu torpaqlar Azərbaycanındır. Prezidentin bu mesajı məhz beynəlxalq tədbirdə verməsi çox ciddidir. Dünya dövlətləri görür ki, Ermənistan münaqişənin həll üçün sülh prosesinə əngəl olur. Azərbaycanın qətiyyətli mövqeyi nəticəsində Ermənistan çalışacaq ki, danışıqlar masasına otursun. Azərbaycan qüdrətli dövlətdir, güclü ordusu var, istənilən an torpaqları işğaldan azad etməyə qadirdir” – C.Osmanov vurğulayıb.

Deputat Elman Nəsirov da “Report”a açıqlamasında Prezident İlham Əliyevin çıxışını yüksək qiymətləndirib: “Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə iştirak etdiyi “Valday” Belynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni diqqət mərkəzində saxladı. Prezident vurğuladı ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamə indiyə qədər işləmir, baxmayaraq Təhlükəsizlik Şurasının ayrı-ayrı vaxtlarda qəbul etdiyi sənədlər bir gün sonra icra olunur. Bir çox hallarda isə qətnamə olmadan belə addımlar atılır. Azərbaycanla bağlı isə selektiv yanaşma var. Bu da qəbuledilməzdir, təşkilatın imicini aşağı salır. Dövlət başçısı çıxışında vurğuladı ki, 1921-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibində saxlanılması ilə bağlı qərar qəbul edilib. Yəni Qarabağın Azərbaycanın tərkibinə verilməsi ilə deyil, Azərbaycanın tərkibində saxlanılması ilə bağlı qərar qəbul olunub. Bu, mühüm əhəmiyyət kəsb edən məsələdir. Çünki ermənilər bunun əksini sübut etmək istəyirlər. Faktiki ortada sənəd var. Dövlət başçısı qeyd etdi ki, Ermənistanın baş naziri Nikol Paşinyan çıxışlarında elə ifadələr işlədir ki, bu ifadələr heç bir halda qəbul edilə bilməz. Məsələn, Paşinyan “Azərbaycan xalqı”, “erməni xalqı”, “Dağlıq Qarabağ xalqı” ifadələr işlədir. Faktiki Dağlıq Qarabağ xalqı yoxdur, əhalisi var, həmin əhali də Azərbaycan və erməni icmalarından ibarətdir. “Dağlıq Qarabağ xalqı” kökündən yanlışdır və qəbuledilməzdir. Prezident İlham Əliyev Paşinyanın “Dağlıq Qarabağ Ermənistanındır. Nöqtə” ifadəsinin yalan, həqiqətdən uzaq olduğunu bildirdi, Qarabağın tarixi və hüquqi Azərbaycan torpağı olduğunu qeyd etdi. Ərazi bütövlüyü məsələsi danışıqlar predmeti olmayıb, bundan sonra da olmayacaq. Ali Baş Komandan son dərəcə rezonansa səbəb ola biləcək fikir söylədi: "Qarabağ Azərbaycandır və nida işarəsi”. Bununla da Paşinyanın cəfəng bəyanatlarının, populist yanaşmasının üstündən xətt çəkildi. Prezident münaqişənin həlli ilə bağlı bir daha prinsipial mövqe nümayiş etdirdi”.

Parlament üzvü qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dəyişməz, prinsipial mövqeyi var: “Bu mövqe ən yüksək tribunalardan ifadə olunur. “Qarabağ” - “Düdelanj” matçında separatçı rejimə məxsus “bayraq” texniki vasitələrlə meydana gətirildi. Bundan sonra Azərbaycan futbolçuları oyunun dayandırılmasını tələb etdi və oyun dayandırıldı. Bu göstərir ki, Prezident İlham Əliyevin prinsipial və qətiyyətli mövqeyindən sonra Ermənistan növbəti təxribata əl atdı. Bunu bütün dünya gördü. Bu hadisə ATƏT-in Minsk Qrupu üçün növbəti siqnal olmalıdır ki, bu qədər təxribatların qarşısında Ermənistana təzyiq göstərilməzsə, deməli, hadisələr ən mürəkkəb, gözlənilməz ssenari ilə inkişaf edə bilər. 2016-cı ilin aprelində baş verən döyüşlər ciddi dərs olmalıdır. Doğrudan da, ciddi ölçü götürülməzsə, o zaman Cənubi Qafqazda hərbi əməliyyatların başlaması labüd görünür. Belə olan halda, bütün məsuliyyət Ermənistanın və beynəlxalq təşkilatların üzərinə düşəcək”.



           Tarix: 04-10-2019 13:35   

Gündəm
































Video səhifəmiz

Bakıda avtobuslar Éks yola çıxaraq sÉrniÅinlÉri tÉhlükÉyÉ atıb

Fotosesiya