Reklam
Xəbər lenti













































Ən çox oxunanlar

Jurnalistlərə “kupça” veriləcək: - Bina istismara qəbul olundu


Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, 20 ünvanında yerləşən və 2017-ci il 22 iyulda təhvil verilən binada dövlət tərəfindən mənzillə təmin olunan jurnalistlər hələ də mənzilə dair çıxarış, yəni “kupça” ala bilməyiblər. 

Dəfələrlə bu barədə məlumat yayılsa da, məsələ hələ də həll edilməyib. 

Bugünlərdə yenidən həmin mənzillərə “kupça” verilməsi prosesinin ləngidildiyi barədə sosial şəbəkədə məlumatlar yayılıb. 

Məsələ ilə bağlı Cebhe.info-nun sorğusuna cavab olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətinin rəhbəri Ramiz İdrisoğlu təmsil etdiyi qurum tərəfindən artıq binanın istismarına icazə verildiyini deyib: 

“İstismarla bağlı sənədlər aidiyyatı üzrə tikinti şirkəti tərəfindən ləngidilmişdi. Məhz onlar tərəfindən sənədlər gecikdirildiyi üçün istismara icazənin verilməsi ləngidi. Yəni sənədlər sifariçi tərəfindən tam təqdim olunmamışdı . Sənədlər tam təqdim olunduqdan sonra istismara icazə verilib. Belə ki, avqustun 7-də binanın istismara icazə verilib və müvafiq sənəd tərtib olunub”. 

Yəqin ki, yaxın zamanda jurnalistlər “kupça” ilə təmin ediləcək.





           Tarix: 03-09-2019 14:23   

Gündəm
































Video səhifəmiz

Bakıda avtobuslar Éks yola çıxaraq sÉrniÅinlÉri tÉhlükÉyÉ atıb

Fotosesiya