Reklam
Xəbər lenti













































Ən çox oxunanlar

Korrupsiya işinin əsas fiqurantının həbs müddəti uzadıldı

Korrupsiya işinin əsas fiqurantının həbs müddəti uzadıldı
Vidadi Zeynalov Rabitə və Yüksək Texnologiyalar Nazirliyində həbs olunan ən yüksək vəzifəli şəxsdir və onun ifadələri xüsusilə sabiq nazir Əli Abbasovun gələcək taleyi üçün çox mühümdür
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) keçmiş aparat rəhbəri Vidadi Zeynalov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Prokurorluğun müvafiq vəsatətinə Binəqədi Rayon Məhkəməsində baxılıb və onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 4 ay artırılıb.

V.Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməkdə ittiham olunur. O, ötən ilin noyabrında Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddəsi ilə ittiham olunaraq barəsində Binəqədi Rayon Məhkəməsi tərəfindən 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

V.Zeynalov nazirlikdə həbs olunan ən yüksək vəzifəli şəxsdir və onun ifadələri xüsusilə sabiq nazir Əli Abbasovun gələcək taleyi üçün çox mühümdür. Təsadüfi deyil ki, ötən ilin noyabr ayında vəzifəsindən azad olunan nazir Əli Abbasov bir müddət əvvəl mediaya açıqlamasında Vidadi Zeynalovu şantajda suçlamış, həbsdəki yaxın adamının “oranın naziri mən deyiləm ki, bütün məsuliyyət mənim üzərimdə olsun” mesajına “mən çox təəssüf edirəm ki, Vidadi Zeynalov belə bir fikir səsləndirib. Ondan belə bir şey gözləmirdim” deyib.

Əli Abbasovun ev dustağı edildiyi və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqləri tərəfindən bir neçə dəfə dindirilməsi ilə bağlı məlumatlar da var. Xatırladaq ki, Vidadi Zeynalovdan başqa Beynəlxalq Əlaqələr və Hesablaşmalar Mərkəzinin direktoru Cəlil Cəfərov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov, “Aztelekom” MMC-nin baş direktoru Məmməd Məmmədov və daha bir neçə nəfər həbsdədir. Onlar Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.

Bir sıra internet informasiya resurslarında Əli Abbasovun Goradildəki bağ evindən oğurluq edildiyi barədə informasiyalar yayılıb. Ə.Abbasov həftə sonu istintaqa çağırılması və barəsində ölkədən çıxmaq yasaqı olması haqda xəbərlərə deyil, məhz bağ evinin oğurlanması barədə danışıb.

ANS PRESS-ə açıqlamasında sabiq nazir bunları deyib: “Mən də xəbərləri oxumuşam. Yazıblar ki, guya oğurluq edən şəxslər artıq həbs olunublar. Axı həbs birdən olmur. Bunun üçün məhkəmə olmalıdır. Bu hadisə nə vaxt baş verdi ki, məhkəmə də oldu. Həbs olunanlar kimdir? Adları belə yoxdur. Həm də yazırlar ki, bu işə MTN baxır. MTN-lə oğurluğun nə əlaqəsi? Guya bağımdakı iti də zərərsizləşdiriblər. Yazılanlar həqiqətə uyğun deyil”. Əli Abbasov onu da əlavə etdi ki, onun, həqiqətən də 1998-ci ildən Goradildə bağ evi var. Amma oradan heç nə oğurlanmayıb.
Maraqlidir ki, ötən həftə V.Zeynalovun sabiq təhsil naziri ilə əlaqələrinə dair də sensasion məlumatlar yayılmışdı. Moderator.az saytı sabiq təhsil nazirinin həbsdəki aparat rəhbəri ilə sensasion maliyyə maxinasiyasından yazmışdı. “Bir neçə il öncə prezident İlham Əliyevin sərəncamı ilə ölkənin ümumtəhsil məktəblərinin informasiya texnologiyaları ilə təminatı üçün sərəncamla ayırdığı 30 milyon manat vəsaitin də ”şəffaf şəkildə, qəpiyinəcən təyinatı üzrə xərclənməsi"nə də o, vaxtkı təhsil naziri Misir Mərdanovla Vidadi Zeynalov rəhbərlik ediblər", deyə xəbərdə bildirilirdi.

Mətbuatda haqqında yazılanlara Misir Mərdanov qısa münasibət bildirib: “Haqqımda yazılanlarla tanış deyiləm. Ona görə də heç bir fikir söyləmək istəmirəm. Sadəcə, onu demək istəyirəm ki, haqqımda bütün yazılanlar kimi, növbəti yazılar da böhtandır. Vəssalam!”.



           Tarix: 15-02-2016 09:38   

Gündəm
































Video səhifəmiz

Bakıda avtobuslar Éks yola çıxaraq sÉrniÅinlÉri tÉhlükÉyÉ atıb

Fotosesiya