Reklam
Xəbər lenti













































Ən çox oxunanlar

Tahir Kərimli: “Hamı mənə baxıb deyir ki, bunun danışmağa üzü də var...”

Milli Məclisin televiziyası olmalıdır. Belə olan halda, burada baş verənlər daha dolğun şəkildə cəmiyyətə çatdırılar. Bir müddət öncə, himnlə bağlı çıxış etdim. Burada çıxış edən zaman deputat statusuma uyğun olaraq bütün məsələlər barədə fikirlərimi bildirməyə səlahiyyətli şəxs kimi deyil, sanki öz müdafiə hüququmu həyata keçirən müttəhim kimi danışıram. Hamı mənə baxır və deyir ki, bunun danışmağa üzü də var... Himnlə bağlı çıxışımı elə vəziyyətə qoydular ki...

Milli.Az report-a istinadən bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli deyib.

T.Kərimli qeyd edib ki, çıxışından sonra saytlarda tənqid və təhdid olunub:

"Sabah üçüncü qüvvə bundan istifadə edib mənə qarşı hər hansı tədbir görəndə bilmirəm kimlərinsə ürəyi sızlayacaq, ya yox? Bu il deputatı olduğum seçki dairəsində 17 kənddə görüş keçirmişəm. İndi mən Ağsu rayonunda camaatın üzünə çıxım? Demədiyim sözləri adıma yazdılar, nə günə qoydular... Milli Məclisin televiziyası olarsa, bu hallar baş verməz".




           Tarix: 15-11-2018 15:37   

Gündəm
































Video səhifəmiz

Fotosesiya