Reklam
Xəbər lenti













































Ən çox oxunanlar

Yaddaşlarda qalan insan,70 yaşın mübarək!

  
Yaxşı insanlar haqqında yalnız xoş xatirələr danışırlar. Bəzən bu xatirələri danişanlar o qədər kövrəlirlər ki, istər-istəməz haqqında danışılan insan gözlərin  önündə ucalır, qəlbində ona qarşı bir istək, bir məhəbbət oyanır.
Mən sizlərə bütün ömrü boyu yalnız xeyirxah əməlləri ilə qəlbimizdə özünə yer eləyən bir gözəl
insandan  söhbət açacağam. 1949 cu ildə mayın 10-da Fizuli rayonunun Yağləvənd kəndində  anadan olmuş, lakin ömrünün çox hissəsini Beyləqan rayonu Milabad qəsəbəsində ailəsi ilə birgə yaşamış Gülnaz Xudiyevanın doğum günüdür. Gülnaz xanım yaşadığı zaman kəsiyində bu kəndin hörmətini öz yaxşi əməlləriylə qazanmışdır. Gülnaz xanımın bir çox ölkələrdə də vaxtı ilə dostluq münasibəti yaratdığı,Özbəkistanda, Rusiyada dostları arasında hələdə adı vaxtaşırı çəkilməkdədir. Ömür vəfa versəydi Gülnaz xanım 2019-ci il mayın 10- da 70 yaşını-yubileyini qeyd edəcəkdi. Lakin təəssüflər olsun ki, bu gün ona qismət olmadı. Gülnaz xanım 2008 ci ilin aprelin 17-sində yaşadığı Beyləqan rayonununda yerləşən müqəddəs ocaqlarımızdan biri olan "Cərciz Peyğəmbər" adlanan ziyarətgahda torpağa qoyulmuşdu. Gülnaz xanım dünyasını  dəyişsədə elinə, obasına sadiq bir insan kimi həmişə qohumları, dostları və el-obası arasında xatırlanır. 
AD GÜNÜN MÜBARƏK OLSUN, GÖZƏL İNSAN!
RUHUN ŞAD OLSUN,GÖZƏL ANA!



           Tarix: 10-05-2019 12:58   

Gündəm
































Video səhifəmiz

Bakıda avtobuslar Éks yola çıxaraq sÉrniÅinlÉri tÉhlükÉyÉ atıb

Fotosesiya