Reklam
Xəbər lenti











13:38
16-11-2018
Sabahın HAVAsı


































Ən çox oxunanlar

Hacıbala Abutalıbov: "Xəzərdə baş verən zəlzələ sürüşmə zonasına təsir edib"

"Dünən axşam saatlarında Xəzər dənizində baş verən 2,7 bal gücündə zəlzələ Bakının Badamdar qəsəbəsindəki sürüşmə zonasına da təsir edib".

AzeriXalq.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Hacıbala Abutalıbov deyib.

H.Abutalıbovun sözlərinə görə, mütəxəssislər bu qənaətə gəlib: "Ona görə də biz hərtərəfli işləyirik. Ərazini müşahidə edən dron quraşdırılıb. Sürüşmə zonasındakı vəziyyət hər an izlənilir. Ərazidə gərginlik artmayıb, amma azalmayıb da.

Digər tərəfdən biz istəyirik ki, ərazidə 150 metr dərinliyində 5 quyu qazılsın ki, biz suyun səviyyəsini aşağı endirə bilək. Hələ ki, yapon mütəxəssislər araşdırmaları davam etdirir. Onların yekun rəyindən sonra biz qərar verəcəyik".

Qeyd edək ki, sürüşmə zonası ilə bağlı yaradılmış Qərargahın yaydığı son məlumata görə, ərazinin üst hissəsindəki evlərin hasarlarının birində eni 2, hündürlüyü 1 metr olan hissədə uçqun töküntü prosesi qeydə alınıb.

Ərazidə saat 15:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmə zonasında gərginlik davam edir. Sürüşmə sahəsi üzərində asılı qalmış süxurların xırda hissələrinin yamaca doğru hərəkəti müşahidə olunub.




           Tarix: 15-10-2018 16:15   

Gündəm
































Video səhifəmiz

Fotosesiya