Reklam
Xəbər lenti











13:38
16-11-2018
Sabahın HAVAsı


































Ən çox oxunanlar

Abutalıbov və Əzizov Badamdarda sürüşmə zonasına gəliblər.

Azərbaycan Baş nazirinin müavini Hacıbala Abutalıbov və Bakı şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Eldar Əzizov Badamdarda sürüşmə zonasına gəliblər.
 
AzeriXalq.az Trend-ə istinadən xəbər verir ki, hazırda Səbail rayonu, Badamdar şosesində (Badamdar - 20-ci sahəni birləşdirən yol) torpaq qatı asfaltın üstünə qədər gəlib.
Badamdar yolunun yuxarı hissəsində vəziyyət gərgindir. Belə ki, sürüşmə, demək olar, indi də davam edir.
Bunu sürüşmə zonasında olan Baş nazirin müavini Hacıbala Abutalıbov deyib.
Onun sözlərinə görə, çirkab suları təəssüf ki, bura axıdılır: "Çox təəssüf edirəm ki, bu günə qədər Badamdar qəsəbəsində, demək olar, kanalizasiya sistemi yoxdur. Elə ona görə də dünən müvafiq qurumların rəhbərlikləri ilə müzakirələr apardıq və qərara gəldik ki, bu yuxarı hissədəki evlərin heç birində yaşayış olmamalıdır. Yolun aşağı hissəsindəki restoran və çayxana fəaliyyəti dayandırılıb, çünki bu obyektlər tamamilə sürüşmə zonasındadır”.
H.Abutalıbov həmin ərazidə yol hərəkətinin dayandırıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, Bakı Nəqliyyat Agentliyinə göstəriş verilib ki, sərnişin avtobuslarının hərəkətini tamamilə başqa istiqamətə yönəltsinlər: "Böyük yarğınlar əmələ gəlib, yarğanların dərinliyi 4 və 6 metrdir, su ilə doludur. Su ilə gil sürüşmənin əsas şərtidir. Biz əlimizdən gələni edirik və xüsusi nəzarətdə saxlayırıq ki, hər hansı bir fəlakət olmasın”.



           Tarix: 13-10-2018 11:25   

Gündəm
































Video səhifəmiz

Fotosesiya