Reklam
Xəbər lenti











13:38
16-11-2018
Sabahın HAVAsı


































Ən çox oxunanlar

“Sanki bilərəkdən müəllim nüfuzuna kölgə salınır” - EKSPERT


 “Pul, hədiyyə “alınması” ilə “verilməsi” oxşar olsa da, fərqli anlayışlardır. Bir qayda olaraq, hər il “Müəllim günü”, “8 mart” və digər əlamətdar bayramlar ərəfəsində və hələ bundan bir müddət sonra da məktəblərdə uşaqlardan müxtəlif adlarla pul yığılması, hədiyyələr alınması barədə fikirlər səsləndirilməsi, iddialar irəli sürülməsi artıq bir növ, ənənəyə çevrilib. Son illər bu kimi narazılıqlar xeyli səngisə də, hər halda, bu il də gündəmdə müəyyən qədər yer almamış deyil”.
AzeriXalq.az xəbər verir ki, bu fikirləri Azadinform-a təhsil eksperti Nadir İsrafilov bildirib.
Ekspert deyib ki, bu kimi hallara ictimai sferanın bütün sahələrində müxtəlif dərəcədə rast gəlindiyi halda, ən çox qınağa tuş gələn əsasən, məktəb və müəllim olur: “Kimlərsə bu kimi halları “əgər müəllimlər normal maaş alsa, heç vaxt özünü alçaldıb cəmiyyət, şagirdlər qarşısında gözükölgəli eləməz”, “pul yığılmasının əsas səbəbi müəllimlərin maaşının az olması ilə bağlıdır” və s. bu kimi arqumentlərlə əsaslandırırlar. Digərləri isə hesab edirlər ki, nə qədər ki, cəzasızlıq hökm sürür, o zamana qədər də bu cür yeni-yeni “ixtiralar” olacaq, ona görə də rüşvət aşkarlanan məktəblərdə bu problemi beşikdə boğmaq lazımdır, bu, xoşagəlməz haldır, pul yığımı rüşvətdir və bizim cəmiyyət üçün yaxşı deyil. Digər səbəblərə gəlincə, “valideynlərin öz təşəbbüsü ilə bu addımın atılması”, “bu işə məktəb direktorlarının rəvac verməsi” qənaətində olanlar da var, bu işdə zəmanəni, mühiti günahlandıranlar da. Təəssüf ki, əksər hallarda valideyn və ya şagirdin müəllimə və ya məktəb direktoruna öz hörmət və rəğbətini hər hansı bir kiçik hədiyyə ilə ifadə etməsi faktı ifrat dərəcədə qabardılaraq rüşvət və hətta korrupsiya səviyyəsində cəmiyyətə təqdim olunur. Halbuki hər hansı bir formada təmənnasız minnətdarlığı rüşvət və korrupsiya ilə eyniləşdirmək son dərəcə təhlükəli tendensiyadır”.
N. İsrafilov qeyd edib ki, Sovet dönəmində də məktəbə, müəllimə hörmət, diqqət, rəğbət müxtəlif hədiyyələrlə ifadə olunub, lakin bu hal indiki kimi müəllimin nüfuzuna xələl gətirməyib: “Nə qədər uğursuz müqayisə kimi görünsə də, təkzib olunmaz reallıqdır ki, kiminsə kiməsə nəsə verməsi və ya bağışlaması sıradan olan adi bir hal kimi qəbul edildiyi halda, müəllimə münasibətdə bu hal ifrat faciə səviyyəsində şişirdilir, müəllim nüfuzu alçaldılır. Belə bir mövqe heç bir halda problemə ədalətli yanaşma hesab oluna bilməz. Bu kimi məsələlərə ilk növbədə yerli təhsil orqanlarında baxılmalı, nəticəsi olmadıqda yuxarı təhsil idarəetmə orqanlarına müraciət edilməli, ən sonda isə buna hüquqi qiymət verilməli, mövcud Qanunvericiliyə müvafiq inzibati və ya digər cəza növü tətbiq edilməlidir”.
Ekspert düşünür ki, müəllimin üstünə bu dərəcədə getmək olmaz: “Burda söhbət heç də hədiyyə alınıb-verilməsindən, ümumiyyətlə bu kimi hallara haqq qazandırılmasından gedə bilməz. Onu rəsmi qaydada tənbeh etmək, cəzalandırmaq, kənarlaşdırmaq olar, ancaq ictimailəşdirib qınaq obyektinə çevirmək olmaz. Çünki hansısa bir para müəllim fərdinin əməli bütövlükdə müəllimlik məfhumunun üzərində ümumiləşdirilir, sanki bilərəkdən müəllim nüfuzuna kölgə salınır. Buna görə də müəllim şəxsiyyətinə düşüncəmizi, yanaşma tərzimizi dəyişmək üçün geniş müzakirələr aparmağa böyük ehtiyac var - bu günün müəllimi necə olmalıdır ki, öz peşə nüfuzunu qoruyub saxlaya bilsin, cəmiyyət tərəfindən şərəfli peşə sahibi kimi qəbul edilsin. Əbəs yerə deyil ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəllim peşəsinin nüfuzunun artırılması zəruriliyi önə çəkilib”.



           Tarix: 08-10-2018 14:51   

Gündəm
































Video səhifəmiz

Fotosesiya