Reklam
Xəbər lenti











13:38
16-11-2018
Sabahın HAVAsı


































Ən çox oxunanlar

Davanın səbəbkarı Makqreqordur? - Nurməhəmmədov ağır cəza ala bilər - VİDEO - FOTO

UFC 229 versiyası üzrə əlbəyaxa döyüş üzrə dünya çempionu uğrunda döyüşü "İlin döyüşü", hətta "Əsrin qarşılaşması" adlandırırlar.

Rusiyalı, əslən Dağıstandan olan Həbib Nurməhəmmədovla irlandiyalı Konor Makqreqor arasındakı döyüş hələ uzun müddət müzakirə olunacaq.

UFC, sadəcə, bilet satışından 17 miyon dollar əldə edib.

ABŞ-ın Las-Veqas şəhərində keçirilmiş döyüşdə zal az qala bütünlüklə Konor Makqreqora azarkeşlik edirdi.

N.Nurməhəmmədovun 4-cü raundda Makqreqora qarşı boğma fəndi işlədərək qalib gəlməsindən sonra ara qarışıb, dava düşüb.

Qələbəsi elan edilən kimi Nurməhəmmədov oktaqondan zala atılaraq Makqreqorun sparrinq-tərəfdaşını vurmağa başlayıb. Makqreqor isə Nurməhəmmədovun komandasından olan Zübeyr Tuxuqova hücum çəkib.

Las-Veqas şəhərinin polisi Nurməhəmmədovun komandasından 3 nəfəri tutsa da, onlar sonradan buraxılıblar. UFC-nin prezidenti Deyna Uaytın dediyinə görə, səbəb Makqreqorun bu şəxslərə qarşı şikayət ərizəsi verməməsidir.

Həbib Nurməhəmmədovun 2 milyon dollarlıq qonorarının ödənməsi araşdırmalar başa çatana qədər "dondurulub".

Bundan başqa, UFC çempionluq kəmərini Nurməhəmmədovdan ala bilərlər.

"Las-Veqasdan və Nevada ştatının Atletika Komissiyasından üzr istəyirəm. Çox pis davrandım. Lakin nə üçün hamı məndən, etdiklərimdən danışır, amma Konorun döyüşə qədər söylədiklərindən bir kəlmə də deyilmir?! O, dinimi, ölkəmi, atamı təhqir etdi, avtobusa hücum etdi", - Dağıstanlı döyüşçü söyləyib.

Konor Makqreqor isə yünğül çəkidə dünya çempionu Həbib Nurməhəmmədovla revanş döyüşünü gözləyir.

UFC-nin prezidenti buna qarşıdır. O, mətbuat konfransında deyib: "Revanş matçı qəbul edə biləcəyim son qərar ola bilər. Nurməhəmmədovla Makqreqoru bir-birlərindən uzaq tutmağa çalışacağam. Onlar bir-birlərinə nifrət edirlər və çətin ki, nə zamansa dost olsunlar".

MMA Weekly bildirir ki, döyüşə görə Konor Makqreqor qonorar qismində 3 milyon dollar alacaq. Bundan başqa, Nurməhəmmədovla Makqreqora reklam və translyasiya gəlirlərindən 30-50 milyon dollar da ödənəcək.

Həmin məbləğ Nurməhəmmədova ödənməyə də bilər, çünki dağıstanlı döyüşçünü cərimələr və sanksiyalar gözləyir.

Bununla yanaşı, döyüşdən sonrakı davanın təşəbbüskarının Konor Makqreqor olduğu da istisna olunmur. Kadrlardan aydın görünür ki, Makqreqor oktaqondan atılıb çıxmağa çalışıb və bu zaman Nurməhəmmədova söyərək onun komandasının üzvlərini yumruqlayıb.(Milli.Az) 

Videonu izləmək üçün şəklə klikləyin:
Davanın səbəbkarı Makqreqordur? Nurməhəmmədov ağır cəza ala bilər




           Tarix: 08-10-2018 12:33   

Gündəm
































Video səhifəmiz

Fotosesiya