Reklam
Xəbər lenti











13:38
16-11-2018
Sabahın HAVAsı


































Ən çox oxunanlar

"Toppuş bacı"nın ipoteka məsələsi, min hoqqadan çıxan ərlilər, aktrisa Zümrüdə 5 min və Ağasəlimi diriltmək - HƏFTƏBECƏR

AzeriXalq.az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (192-ci say) təqdim edir.

"Toppuş bacı"nın ipoteka məsələsi bitmir ki, bitmir. İndi də xalq artisti Arif Quliyev şirkətləri gəzərək aktrisa üçün pul yığır. Amma indi oxudum ki, saytlara açıqlamasında bu addımını təkzib edib. Eybi yox, həmin şirkətin kameralarındakı görüntülər açıqlananda da başqa bir "don" tapar. Söhbətə geyindirmək üçün...

Hə, bu arada Tünzalə bir aparıcının ona göndərdiyi min manatdan imtina edib. Deyib ki, ona göndərdiyi pula halallıq verən insanların aldığı evdə böyütmək istəyir balasını. Allah övladını saxlasın, Tünzalə. Ancaq hələ də mənə qaranlıqdır ki, əgər uşağa da sən baxacaqdınsa, ipotekanı da özün ödəyəcəkdinsə, ərə niyə gedirdin? Niyə də, niyə? Səbəb?

Aparıcı Elçin Əlibəyli aşıq Samirə Əliyeva haqda qalmaqallı açıqlamayla çıxış edib. Deyib ki, verilişində aşıq Samirəyə səsləndirdiyi sual və onun cavab verə bilməməsi montaj olunaraq, çıxarılıb. Bu çox pisdir. Amma Elçin Əlibəylinin özünün etdikləri Samirənin montaj olunaraq çıxarılan cavabsızlığından betərdir. Elçindən sitat:

"Görün bir müğənni telekanala necə təzyiq edə bilir! Montaj olunsa da, fikrimi burada deyirəm. Monoqrafiya sözünün mənasını bilməyən Samirəni alim edənlər əməllərindən utansınlar!"

Elçin Əlibəyli, bəs falçı Bayramı "müəllim, yoxsa repetitor" mövzusundakı müzakirəyə dəvət edən aparıcı utanmalıdırmı? Yəqin ki, utanmalıdır. Həmin aparıcının kim olduğunu da bilməmiş olmazsınız. Əgər yadınızdan çıxıbsa, aparıcısı olduğunuz verilişin arxivinə baxır. Orda mütləq var. O zaman utanmaq növbəsi sizdədir, hörmətli Elçin Əliyev. Bayramla dostsunuzsa, o başqa məsələ. Amma məncə falçının təhsil mövzusuyla əlaqəsi absurddur. Əgər cavab vermək istəsəniz, özümlə əlaqə saxlaya bilərsiniz. Bu arada deyim ki, Bayramı efirə dəvət edən Elçin Əliyev də rəsmi olaraq alim statusu daşıyır. Alim e...

Aktrisa Zümrüd Qasımova deyib ki, filmə, seriala çəkilməsi üçün hər bölümə 5 min istəyir. Çox güman ki, Zümrüd xanım təzəlikcə xaricdən qayıdıb və hələ də ab-havadan çıxa bilmir. Azərbaycanda hansı aktrisa bir bölümə beş min alıb? Heç Rasim Balayev boyda nəhəng məbləği istəsə, rejissorlar "büdcədə pul azdır" deyib, dəsmal götürəcəklər. Elə ona görədir ki, "stoyanşik" işində uğur qazana bilməyən, ofisiantlığın perspektiv vəd etmədiyini görən, ərəblərə bir gecə üçün 300 manat oxuyanlar filmlərə, seriallara ayaq açıblar.

Müğənni Səidə Sultan deyib ki, əri ola-ola min hoqqadan çıxanların sayı çoxalıb. Tamamilə haqlıdır. Hətta elələrinin böyük əksəriyyəti məhz sənət aləmindədir. Əgər istəyirsinizsə, bir-bir adlarını yazım. Məsələn...

Müğənnilər sakitləşməmiş meyxanaçılar qalmaqala başlayıblar. Meyxanaçı Vüqarın həmkarlarını meyxana üçün birləşməyə səsləməsini hərə bir cür yozub. Namiq Qaraçuxurlu deyib ki, Vüqar özünü gözdən salır, sənətdən getsin. Mehman isə həmkarına başqa bir məsləhət verib. İndi iş qalıb Ağasəlim Çıldağa. O da dirilmir ki, dirilmir.

Müğənni Niyam Səlaminin indi yazacağım fikri mənə görə həftənin sitatıdır: "Əsl kişi, kişi "vidində" olmalıdır, mən şou-biznes adamıyam.




           Tarix: 08-10-2018 09:10   

Gündəm
































Video səhifəmiz

Fotosesiya