Reklam
Xəbər lenti











13:38
16-11-2018
Sabahın HAVAsı


































Ən çox oxunanlar

Dövlət Turizm Agentliyinin Əsasnaməsi və strukturu təsdiq edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

AzeriXalq.az AZƏRTAC-a istinadən bildirir ki, fərmanla "Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə" və "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturu" təsdiq edilir.

Dövlət Turizm Agentliyi Aparatının işçilərinin say həddi 55 ştat vahidi müəyyən edilir.

Nazirlər Kabinetinə tapşırılıb:

- Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin;

- Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat versin;

- mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat versin;

- bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.




           Tarix: 21-09-2018 18:33   

Gündəm
































Video səhifəmiz

Fotosesiya