Reklam
Xəbər lenti











13:38
16-11-2018
Sabahın HAVAsı


































Ən çox oxunanlar

"Qafqazinfo” Xəbər Portalının 8-ci ili tamam olur.

Bu gün "Qafqazinfo” Xəbər Portalının fəaliyyətə başlamasının 8-ci ili tamam olur.
AzeriXalq.az xəbər verir ki,"Qafqazinfo” fəaliyyətə başladığı gündən oxucuları operativ və obyektiv xəbərlə təmin etmək prinsipini əsas götürüb və bu gün də həmin prinsiplərə sadiqdir. Bu baxımdan da hazırda saytın oxucuları bəlli bir çevrə deyil, ən müxtəlif sosial qrupları təmsil edən internet istifadəçilərindən ibarətdir.
Sayta istifadəçilər təkcə Azərbaycandan deyil, dünyanın bir çox ölkələrindən daxil olur. Gün ərzində sayta 100-dən çox xəbər qoyulur, bu xəbərlər ən müxtəlif sahələri əhatə edir. "Qafqazinfo” Azərbaycanda fəaliyyət göstərən ictimai - siyasi təşkilatlar, sosial qruplar, dövlət qurumları ilə əməkdaşlıq edir, xəbər rangarəngliyini qoruyur.
Hazırda redaksiyada 20 nəfər, əsasən gənclərdən ibarət olan kollektiv çalışır. "Qafqazinfo”nu kompüterlə bərabər internetə çıxışı olan bütün elektron cihazlarda oxumaq mümkündür. Saytın mobil versiyası telefonla xəbərlərin rahat oxunması və paylaşılmasına imkan yaradır. Həmçinin android və İOS üçün mobil tətbiqetməsi fəaliyyət göstərir.
"Qafqazinfo”nun kollektivini təbrik edir və işlərində uğurlar diləyirik.



           Tarix: 16-08-2018 09:47   

Gündəm
































Video səhifəmiz

Fotosesiya