Reklam
Xəbər lenti
























14:43
11-12-2018
Sabahın HAVASI













10:02
11-12-2018
Manatın MƏZƏNNƏSİ








Ən çox oxunanlar

Şou-biznesin Adnan Oktarları, Flora Kərimovanın dekoltesi, İlhamənin borcu, "razborşik" aşıqlar - HƏFTƏBECƏR

AzeriXalq.az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (180-ci say) təqdim edir.

Dostlar, Qulpqoyan dayının hamınıza salamı var. Deyir ki, görürsənmi mənsiz işin keçmir. Soruşuram, niyə? Deyir ki, bircə həftə məndən yazmasan, yazını oxuyan olmaz. Sizcə, doğrudanmı belədir? Cavablarınızı şərhdə gözləyəcəyəm. İndi isə keçək mövzulara...

Onkoloji xəstəlikdən əziyyət çəkən aparıcı Zülfiyyə Bayramova kimya terapiyası zamanı saçı töküldüyü üçün başını qırxdırıb. Amma bundan daha önəmlisi yaxınlarının, dostlarının ona dəstək olmasıdır. Belə ki, Bayramovanın yoldaşı İlqar Mikayıloğlu, qardaşı, oğlu, qohumları və dostları da saçlarını kəsdiriblər. Təsəvvür edirsinizmi, indiki halda bu jest onun üçün nə qədər böyük önəm kəsb edir? Allah heç kimə belə ağır xəstəlik qismət etməsin, amma bu cür dəyərli dostlara hər kəsin mütləq ki ehtiyacı var.

Adnan Oktarın aylıq qazancı açıqlanıb - 10 milyon dollar. Mərdiməzarlıq kimi çıxmasın, amma eşitdiyimə görə bizim şou-biznesin də öz Adnan Oktarları var. Hər halda ordan, burdan "tüstülər çıxır".

Bu arada Fatiməylə Xatunun münasibətləri yenidən gərginləşib. Saytların yazdığına inansaq, Fatimə Xatunu məhkəməyə verir. Ümumiyyətlə, son zamanlar şou əhlinin işi məhkəməyə tez-tez düşür. Bütün məhkəmə hakimlərinə bu çətin işdə səbr və dözüm arzulayıram.

Xalq artisti Flora Kərimova deyib ki, ilk dəfə dekolteni o geyinib. Ay Flora xanım, siz sənətdə elə bir zirvədəsiniz ki, belə açıqlamaları verməsəniz də yaddaşlarda qalacaqsınız. Hətta bundan sonra efirə çıxmasanız da, insanlar sizi unutmayacaq. Amma dekoltedən, ətəkdən verdiyiniz açıqlamalar sizi bir az başqa cür yaddaşlarda saxlaya bilər. Elə deyilmi?

İlhamə Quliyeva Firuzə İbadovaya dörd min borcluymuş. İndi pulunu heç kimdən ala bilmir. Maraqlıdır ki, miras davası düşəndə hamı deyir ki, İlhamənin qohumuyuq. Bəs niyə həmin miras davası döyənlərdən kimsə qabağa çıxıb Firuzə İbadovanın pulunu ödəmir?

Müğənni Zemfira deyib ki, botoks kişiyə yaraşmır. Bu açıqlamadan sonra şou-biznesdəki kişilərin yarısı Zemfiraya müharibə elan edəcəklər. Çünki əksəriyyətinin üzündə 750 qram botoks, 3 kiloqram gel, 4 kiloqram 600 qram makiyaj olur. Kişilərin e...

Aparıcı Günel Hümbətova Amerikaya köçüb. Daha doğrusu, ikinci dəfə okeanın o tayına üz tutub. Fikir vermişəm, Günel nə zaman gündəmdən düşürsə, "harasa köçür". Özü də ən ərki çatan yer Amerikadır.

Geridə qalan həftə aşıq Namiqlə aşıq Fəzailin arasındakı davayla yadda qaldı. Düzdür, hadisə reklam faisləsində baş vermişdi. Amma necə oldusa, görüntülər bir saat sonra saytlarda idi. Əgər bu məqsədli şəkildə edilən piardırsa, hər iki aşığı qınayıram. Yox əgər, doğrudan da, belə bir dava olubsa, yenə də hər ikisinə ayıb olsun. Əvvəl aşığı gətirərdilər ki, qan yatırtsın, amma indikilər özləri "razborka" edirlər. Yeri gəlmişkən, hər iki aşıqla normal münasibətlərim var. Lakin bu, o demək deyil ki, belə bir biabırçılığa göz yummaq lazımdır. Əsla!

Aktrisa Xuraman Əlizadə bəzi izləyicilərinə deyib ki, başınıza mən boyda daş düşsün. Əgər qarğış yerinə yetərsə, həmin izləyicilərin sağ qalmaq şansı sıfırdan aşağıdır. Təsəvvür edirsiniz, Xuraman boyda daşı? O artıq daş deyil e, qayadır.




           Tarix: 16-07-2018 09:55   

Gündəm
































Video səhifəmiz

Fotosesiya