Reklam
Xəbər lenti

















10:14
18-07-2018
Manatın məzənnəsi




























Ən çox oxunanlar

“Media klub” KİVDF-nin işini araşdıra bilər? - Müşfiq Ələsgərli və Elçin Şıxlının MÖVQEYİ


"Ayna” və "Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) fəaliyyəti ilə bağlı "Media klub” tərəfindən araşdırma aparılacağı və müvafiq təkliflər veriləcəyini bildirib. Buna cavab olaraq KİVDF-nin icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, hər hansı özəl təşkilat dövlət qurumunda araşdırma apara bilməz:
"KİVDF dövlət qurumu olaraq Maliyyə Nazirliyinə və digər qurumlara hesabat verir. İlin sonunda isə bütün gördüyümüz işləri şəffaf olaraq açıqlayırıq. İndi Elçin Şıxlı kimdir ki, dövlət qurumunda araşdırma aparsın? Kim nə təşkilat yaradırsa, yaratsın. Ancaq onların KİVDF-nin fəaliyyətini araşdırmağa səlahiyyəti yoxdur”.
Mətbuat Şurasının sədr müavini, KİVDF-nin Müşahidə Şurasının keçmiş üzvü Müşfiq ƏləsgərlidəElçin Şıxlının açıqlamasını bərmənalı qarşılamayıb. Onun sözlərinə görə, "Media klub” yaradılandan bəri hər gün bir-birinin ardınca təzadlı məlumatlar verir:

"Onlar ilk dəfə elan etdilər ki, klubun yaranma məqsədi Azərbaycanda media ilə bağlı müəyyən məsələləri müzakirə etməkdir. O zaman açıq dedilər ki, bu heç kəsə qarşı yönəlmiş təşkilat deyil. Növbəti tədbirlərində ayrı-ayrı şəxsləri hədəf seçib böhtan və şər dolu açıqlamalar yazmağa başladılar. İndi də konkret qurumları seçiblər və deyirlər ki, bunlarla bağlı yoxlama, araşdırma aparacaqlar. KİVDF-nin rəhbəri Vüqar Səfərli onlara çox normal cavab verərək qeyd edib ki, qurum lazım olan yerlərə hesabat verir. Digər tərəfdən mən də həmin fondda vaxtilə təmsil olunmuşam və fəaliyyətinin kifayət qədər şəffaf olduğunu deyə bilərəm. Çünki hər ilin sonunda fondun hesabatı olur və bu ictimaiyyətə də açıqlanır.

Bu adamların məqsədi nədir, nəyə xidmət edirlər, nə etmək istəyirlər, hansı yöndə fəaliyyət göstərmək fikrindədirlər, bilinmir. Yaxşı olar ki, "Media klub” öncə öz fəaliyyət dairəsini müəyyənləşdirsin, nə istədiklərini səmimi şəkildə elan etsinlər. Çünki rəsmən elan etdikləri fəaliyyətlə həyata keçirdikləri fəaliyyət arasında bir az təzad, uyğunsuzluq var. Bundan sonra inanmaq olar ki, bu təşkilat bir media qurumudur. Əgər fəaliyyətləri konkret qurumları hədəf seçməkdirsə, bu artıq başqa məsələdir. Belə olan zaman bu artıq media təşkilatı deyil, siyasiləşmiş qurumdur və niyyətləri başqadır”.

"Ayna” və "Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlıisədeyib ki, onun təmsil olunduğu "Media klub” özəl təşkilat deyil:
"Yəni heç bir hüquqi statusu yoxdur. Bura yığılanlar jurnalistlərdir və jurnalistlər kimin fəaliyyətini istəyirlərsə, araşdıra bilərlər. Jurnalistikada araşdırmaçılıq deyə bir şey var. KİVDF-nin başında duran adam da bunu bilməlidir...
Yadınıza salmaq istəyirəm ki, "Vaşinqton Post” qəzetinin müxbirləri hətta Amerika prezidentinin impiçmentinə belə öz araşdırmaları nəticəsində nail olmuşdular. Ona görə də nəinki jurnalist, istənilən şəxsin belə dövlət qurumunu, hökümət təşkilatının fəaliyyətini araşdırmağa haqqı var. Amma bunun nə qədər hüquqi statusunun olması başqa məsələdir.

Eyni zamanda, mən demişdim ki, biz araşdırma aparandan sonra mediaya aidiyyatı olan hər hansı təşkilatın işinin daha da səmərəli olması üçün təkliflər vermək fikrindəyik. Burda Vüqar Səfərli aqressivcə mənim kim olduğumu sual edirsə, düşünürəm ki, o, nədənsə qorxur. Lakin mənim kim olduğumu gözəl bilir. Bəlkə də 20 ildən artıqdır, məni tanıyır. Əgər mənim kim olduğuma şübhəsi varsa, zəng vursun soruşsun, ona cavab verərəm...”.




           Tarix: 21-06-2018 11:29   

Gündəm
































Video səhifəmiz

Fotosesiya