Reklam
Xəbər lenti

















10:14
18-07-2018
Manatın məzənnəsi




























Ən çox oxunanlar

Bu gün məktəblərdə "Son zəng" çalınır

Bu gün Azərbaycanın ümumtəhsil müəssisələrində "Son zəng" çalınacaq.

AzeriXalq.az Trend-ə istinadən bildirir ki, "Son zəng" 2016-cı ildən tərdis ilinin müddətinin iyunun 14-dək uzadılması ilə əlaqədar olaraq iyunun 14-də keçirilir.

Hər il olduğu kimi, bu il də "Son zəng" tədbirləri məktəb rəhbərləri tərəfindən şagirdlərin təhlükəsizliyi təmin olunmaqla bilavasitə ümumtəhsil müəssisələrinin ərazilərində təşkil edilir.

2017-2018-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 111 257 nəfər, XI siniflərini 83 001 nəfər, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 658 nəfər şagird bitirir.

2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 165 780 uşağın qəbulu gözlənilir.




           Tarix: 14-06-2018 09:14   

Gündəm
































Video səhifəmiz

Fotosesiya