Reklam
Xəbər lenti















10:02
18-09-2018
Manatın MƏZƏNNƏSİ






























Ən çox oxunanlar

Çörəyi belə natəmizlikdə daşıdılar -Sumqayıtda-FOTOLAR


“Bu foto səhər saatlarında Sumqayıt avtovağzalının yanında çəkilib. Qaynar-qaynar alıb evə apardığımız çörək adlı neməti bir sıra sexlər belə daşıyıb bizə yedirdirlər. Sürücünün sağında yerləşən oturacağın üstünə, ayaqaltına yığılaraq, daşınan bu çörəklər vərəm kimi bir çox yolxucu xəstəliklərin mənbəyi ola bilər. Hələ üstəgəl, onu bişirənin, daşıyanın, satanın sağlamlığı haqda heç bir məlumatımız yoxdur”.
AzeriXalq.az xəbər verir ki, bu məlumatı sosial şəbəkədə jurnalist Nicat Nəsirli paylaşıb. Jurnalist bildirib ki, bu işdə  ictimai etirazın, qınağın olması çox vacibdir. 
“Qablaşdırılmamış çörəkdən istifadəni azaltmaq, gigiyenik baxımdan qorunan çörəklərdən istifadəyə etmək lazımdır. Qoy vətəndaşına hörmət edən sahibkar daha çox qazansın!”.
Məsələyə Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Mansur Piriyev də münasibət bildirib. O, deyib:
“Qida Təhlükəsizliyi Agentliyi qida zincirinin bütün mərhələlərində təhlükəsziliyin təmin olunmasının vacib olduğunu bildirir. İnşallah iyulun 1-dən etibarən bu sahədə fəaliyyət göstərən hətta daşınma, qablaşdırma, tədarük və satışı ilə bağlı da sahibkarların qeydiyyatını həyata keçirərkən bütün məsələlər nəzərə alınacaq və sahibkarların fəaliyyəti ətraflı yoxlanılacaq. Vətəndaşların istifadəsinə veriləcək mobil proqram da bu cür nöqsanları, problemlərin qeydə alınması və ətraflı yoxlanılmasına kömək edəcək”. 



           Tarix: 13-06-2018 14:17   

Gündəm
































Video səhifəmiz

Fotosesiya